Sistem inteqrasiya həlləri

Sistem inteqrasiyası - korporativ sifarişçilər üçün informasiya texnologiyaları sahəsində kompleks həllərin yaradılmasını, müəssisə və ya şirkətin biznes-proseslərini fəaliyyətini cəmləşdirən avtomatlaşdırılmış mürəkkəb və ahəngləşdirilmiş sistemlərin işlənib hazırlanmasını əhatə edir.

Sistem inteqrasiyası və biznesin kompleks avtomatlaşdırılması bu gün istehsal və ticarət sahələrində, elektron sənəd dövriyyəsi və kargüzarlıq sistemlərində, mühasibat uçotu və büdcə sistemlərində, satışların uçotu və idarəetmə prosesində, anbarlarda, banklarda, apteklərdə, mehmanxanalarda və kitabxanalarda, qısaca biznes proseduraları və fəaliyyətini avtomatlaşdırmaq və sistemləşdirmək üçün tətbiq olunur.

Bir sistem inteqratoru kimi biz sifarişçinin texniki ehtiyaclarını tez və dəqiq başa düşür və problemin ən sərfəli həllini təklif edərək onu sifarişçinin cari tələblərini ödəməklə yanaşı gələcəkdə biznesin dəyişməsi və ya artan tələbatları nəzərə almaq üçün açıq sistem kimi hazırlayırıq.

Bizim Mərkəz sistem inteqrasiyası və biznesin avtomatlaşdırılması sahəsində kompleks həlləri istənilən mürəkkəbliyə malik olan məsələlərin həll edə bilir və aşağıdakı fəaliyyət sahələrini əhatə edir:

  • Müəssisənin biznes proseslərinin avtomatlaşdırılması;
  • Korporativ informasiya sistemlərinin layihələndirilməsi və optimallaşdırılması;
  • Müəssisənin informasiya təhlükəsizliyinin təmin edilməsi;
  • Lisenziyalı proqram təminatı;
  • IT konsaltinq və autsorsing