Proqram təminatı

Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün onlar proqram təminatına malik olmalıdır. Proqram-maşının addım-addım yerinə yetirəcyi təlimatlar və yaxud əmrlər siyahısıdır.Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşılayıb ona çatdırmaq, məlumat mübadiləsi zamanı operativliyi təmin etmək və s. üçün lazımdır.

Mərkəz hazırlanan proqram və internet səhifələrinin sadə və rahat olmasına diqqət yetirir, müştərilərinin ehtiyaclarına uyğun xüsusi proqramlar hazırlayır.

Billinq sistemləri:

  • "Comtech” MMC ilə birgə ŞAD, abunə, internet, kommunal və s. xidmətlərə görə ödəmələrin PayPoint terminalları vasitəsilə qəbulu üzrə;
  • "Goldenpay” MMC ilə birgə ŞAD, abunə, internet, kommunal və s. xidmətlərə görə ödəmələrin internet üzərindən qəbulu üzrə;
  • Şəhərlərarası və beynəlxalq danışıqların emalı üzrə;
  • Abunə haqlarının hesablanması və dövriyyəsi üzrə;
  • Sifarişli danışıqların emalı üzrə;
  • Mərkəzi Təmir Bürosunun işinin avtomatlaşdırılması üzrə;
  • CDMA telefonlar üzrə şəhərlərarası, beynəlxalq, lokal danışıqlar, abunə haqları və yerdəyişmələr (baza stansiyalarına əsasən) nəzərə alınmaqla xidmət haqlarının hesablanması üzrə;
  • Respublika ərazisində ŞAD, abunə, internet, kommunal və s. xidmət haqlarının online rejimdə qəbul edilməsi üzrə;
  • Respublika ərazisində teleqramların ötürülməsi və qəbulu üzrə;
  • Respublika ərazisində sürətli pul göndərişləri (baratlar) üzrə;
  • Abunə kartotekasının formalaşdırılması üzrə;
  • Elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının hesablanması (sayğac göstəriciləri əsasında) və ödənişi üzrə;
  • KROSS-larda təmir bürosunun işinin avtomatlaşdırılması üzrə;
  • Telefonların rabitə xidməti borclarına görə avtomatik açılıb-bağlanması üzrə;
  • Elektron kart sistemi (BTRİB).

Proqram təminatlarının tətbiqi:

  • "0-12-109” qısa mesaj (SMS) üçün yaradılmış sorğu-məlumat servisi üzrə;
  • Naryadların kağızsız texnologiya ilə işlənməsi və elektron naryadların formalaşdırılması üzrə;
  • F 130 gündəliyinin kompüter uçotu üzrə;
  • Borcu olan abonentlərin avtomatik qurğu vasitəsilə xəbərdar olunması üzrə;
  • Borca görə bağlanmalı olan, lakin əsassız olaraq açılmış telefonların müəyyən edilməsi üzrə;
  • Ay ərzində şəhərlərarası danışıq aparmış, lakin abunəçi barədə kartotekada məlumat olmayan boş nömrələrin müəyyən edilməsi üzrə.
  • Göndərilən teleqram və pul göndərişlərinin (baratların) abunələrə çatdırılmasına nəzarət (izləmə) sistemi.