"Monex Summit"ində iştirakçılara "SmartPay" haqqında məlumat verildi

30.05.19

Bakıda "İnnovasiya Festivalı” çərçivəsində "Monex Summit”i keçirilir.

Sammit Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəsmi dəstəyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və "FA İnternational Trade Events” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

Sammitin əsas məqsədi dünyada gedən ən son qlobal maliyyə texnologiyalarının tətbiqi, ən son trendlər və Azərbaycanda bunların tətbiqidir.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və digər səlahiyyətli nümayəndələr də iştirak edib.

İki gün davam edəcək Sammitdə iştirakçılara "SmartPay” ödəniş sistemi haqqında məlumat almaq üçün imkan da yaradılıb.

Girişdə yerləşdirilmiş "SmartPay” guşəsində, MHM-nin mütəxəssisləri sammit iştirakçılarını ödəniş sistemi haqqında məlumatlandırır.

İştirakçılar üçün həm sayt üzərindən, həm də ödəmə terminalı vasitəsilə ödəniş etmək imkanı yaradılıb.

Belə ki,"SmartPay”in xidmətlərindən istifadə etməklə dövlət qurumu xidmətlərini, sığorta xidmətlərini, kommunal xidmətləri, tv və internet provayderləri, bank xidmətləri və digər xidmətlər üzrə ödəmələr həyata keçirmək mümkündür.

Tədbirdə ölkənin bir neçə aparıcı bankı "SmartPay” ödəmə sisteminə xüsusi maraq göstərib və onlara ödəmə sistemi ilə bağlı ətraflı məlumat verilib. Hazırda həmin bankların "SmartPay” ödəmə sisteminə qoşulması ilə bağlı danışıqlara başlanılıb.

Hazırda "SmartPay” 70 poçt filialı, 1211 poçt şöbəsində 60 ödəmə terminalı, 60-dan çox xidmət üzrə, 2326 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.

"SmartPay” ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini və mühafizəsini tam təmin edir. Xidmətlərdən istifadə ilə bağlı toplanmış və işlənmiş fərdi məlumatların qorunması öhdəliyini daim öz üzərinə götürür.

Qeyd edək ki, Sammit 3 gün davam edəcək.