Bu gün "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti" günüdür

17.05.19

1974-cü ildən Sizinlə

17 may – Beynəlxalq "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti” günü kimi qeyd edilir. Bu təqvim internet provayderlərlərin, proqramçıların, sistem inzibatçılarının, veb-dizaynerlərin, həmçinin informasiya texnologiyaları ilə əlaqəli fəaliyyət göstərən bütün peşəkarların bayramıdır.

Bu günün qeyd edilməsində məqsəd, dünyanın informasiya-kommunikasiya texnologiyalarından istifadə etmə imkanlarını genişləndirmək, rəqəmsal fərqliliyin aradan qaldırılması yolları barədə cəmiyyətin məlumatlandırma səviyyəsinin artırılmasına kömək etməkdir.

Məlumat üçün qeyd edək ki, hər il "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti” günü bir mövzuya həsr edilir. Builki mövzu "Standartlaşdırmada fərqliliyin aradan qaldırılması”dır.

Azərbaycan da qlobal miqyasda informasiya cəmiyyətinin inkişafına öz töfhəsini layiqli şəkildə verir. Məlumdur ki, Azərbaycanda da informasiya cəmiyyətinin qurulması əsas hədəflərdən biridir. Ölkənin regionları da informasiya komunikasiya infrastrukturu ilə əhatə olunub İKT sahəsində müəyyən nailiyyətlər əldə edilib ki, dünyanın bir çox aparıcı qurumları, təşkilatları tərəfindən bu çox yüksək qiymətləndirilir.

Bu baxımdan Azərbaycanın ilk İnformasiya-telekommunikasiya istiqamətində 1974-cü ildən bu günümüzə qədər fəaliyyət göstərən Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hal-hazırda da sözügedən sahəyə öz tövhəsini verməkdədir. Belə ki, Məlumat Hesablama Mərkəzinin kollektivinin əsasını peşəkar İT mütəxəssisləri təşkil edir. Bu mütəxəssislərin fəaliyyəti nəticəsində ölkəmizə fayda verən xeyli sayda İT məhsul ərsəyə gəlmişdir. Onlardan misal olaraq son dövrlərdə hazırlanan və aktuallığı ilə geniş istifadəçi kütləsinin işinə yarıyan "Elektron imza”, "AzDOC” elektron sənəd dövriyyəsi, Mobil Cihazların Qeydiyyat Sistemi, "SmartPay” ödəmə sistemi, "Danışan kitabxana” layihələrini və sair göstərmək olar. Xatırladaq ki, sosial korporativ məsuliyyətimizdən irəli gələrək Heydər Əliyev fondunun dəstəyi ilə hazırlanan "Danışan kitabxana” layihəsi beynəlxalq müsabiqədə" Çempion layihə” mükafatına layiq görülmüşdür.

Bu mənada, 1974-cü ildən Sizinlə birgə olan, vətəndaşlarımıza xidmət edən Məlumat Hesablama Mərkəzi peşəkar kollektivi ilə ölkəmizə fayda verməyə davam edir. Son dövrlərdə müəssisə süni intellektlə bağlı olan layihələri də reallaşdırmaq istiqamətində işlər aparır.

Bir sözlə İnformasiya, Kommunikasiya Texnologiyarı inkşaf etdikcə, MHM-də inkişaf edir, təkmilləşir və fəaliyyət istiqamətlərini daha da genişləndirir.