"Sağlamlıq – 2018" Respublika Spartakiadasına yekun vurulub

15.02.19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, "Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Sağlamlıq – 2018” Respublika Spartakiadası başa çatıb.

Spartakiada çərçivəsində son olaraq stolüstü tennis oyunları keçirilib. Tennis yarışlarında 30 nəfərdən ibarət 8 komanda iştirak edib. Nəticələrə əsasən, komanda hesabında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin komandası fərqlənərək I yerin qalibi olub. Dövlət Radiotezliklər İdarəsinin komandası ikinciliyə, Məlumat Hesablama Mərkəzinin komandası üçüncülüyə layiq görülüb.

Şəxsi hesabda kişilər arasında I yeri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Emin Əliyev, II yeri Məlumat Hesablama Mərkəzinin əməkdaşı İlqar Əkbərov, III yeri Dövlət Radiotezliklər İdarəsinin əməkdaşı Taleh Məmmədov tutub.

Şəxsi hesabda qadınlarda arasında isə birinciliyi "Azərpoçt” MMC-nin əməkdaşı Şəfəq Nəcəfova, ikinciliyi Məlumat Hesablama Mərkəzinin əməkdaşı Nəzrin Əlizadə, üçüncülüyü "Aztelekom” MMC-nin əməkdaşı Esmiralda Sadıqova qazanıb.

Spartakiadanın digər oyunları üzrə də hər il olduğu kimi Məlumat Hesabama Mərkəzinin əməkdaşları fəal iştirak edərək müxtəlif nəticələr əldə ediblər:
- Türkay Zərgərli - qadınlar arasında qaçış üzrə 2-ci yer
- Esmira Əmrahova - qadınlar arasında şahmat üzrə 2-ci yer
- Nəzrin Əlizadə - stolüstü tenis üzrə qadınlar arasında 2-ci yer
- İlqar Əkbərov - stolüstü tenis üzrə kişilər arasında 2-cü yer
- Atıcılıq komandası - 3-cü yer
- Tenis komandası - 3-cü yer

Qeyd edək ki, "Sağlamlıq – 2018” Respublika Spartakiadasında komanda hesabında MHM 4-cü yerə sahib olub. Spartakiadanın ümumi nəticələrinə gəldikdə isə I yerə "Bakı Telefon Rabitəsi” MMC, II yerə "Aztelekom” MMC, III yerə isə Dövlət Radiotezliklər İdarəsi layiq görülüblər.