"Elektron Hökumət" nominasiyasında qalib www.mincom.gov.az oldu

22.12.18

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet səhifəsi Milli İnternet Mükafatı - "MilliNet-2018”in "Elektron Hökumət” nominasiyasında qalibi seçilib. Bu nominasiyada 8 sayt nominat olub.

21 dekabr tarixində keçirilən "MilliNet-2018”in yekun təqdimat mərasimində qaliblər mükafatlandırılıb.

Tədbirdə ölkənin internet və İKT ictimaiyyətinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Bu il "MilliNet-2018”-ə 19 nominasiya üzrə 406 internet resurs (saytlar, mobil tətbiqlər və sosial media resursları) təqdim edilib. Onlardan qaydalara uyğun olan 300 resurs müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Ən yaxşı 105 resurs isə nominant statusu alıb.


Beləliklə, nominasiyalar üzrə "MilliNet-2018”in digər qaliblərini də təqdim edirik.

– Korporativ sayt - qualitysolutions.az,
– İctimai-sosial sayt - birtebessumbirumid.com,
– Təhsil və elm- bildilchin.az,
– "Elektron hökumət” - mincom.gov.az,
– Xidmət (Servis) - 1X1.az,
– "Elektron ticarət” - vivadessert.az,
– "E-gov Mobil tətbiqləri” – "Birbank”,
– Təhsil mobil tətbiqləri – "Bildirçin” Azərbaycan dilinin Universal Elektron Lüğəti,
– "Utilitlər” – "Gold Quiz” oyunu,
– "Facebook” səhifəsi - "Film Fiction” jurnalı,
– "İnstagram” hesabı - "Baku Streets Life”,
– "YouTube” – "Balta” animasiyası qalib seçilib.

Məlumat üçün qeyd edək ki, artıq 10 il təşkil olunan Milli Net müsabiqəsinin əsas məqsədi Azərbaycanda internetinin inkişafına dəstək vermək, internet resurslarını populyarlaşdırmaq və stimullaşdırmaqdır. Bu cür tədbirlərin hər il keçirilməsi bu istiqamətin inkşafına çox böyük təkan verir. Həmçinin startapların inkişafına da öz tövhəsini verir. Bununla da dəyərli layihələrin önə çıxarılmasına, veb səhifələrin işlək olub olmamasına, bir sözlə qiymətləndirilməsinə imkan yaradır. Bu isə layihə rəhbərləri və startaplar üçün motivasiyadır.

Onu da qeyd edək ki, Azərbaycanda informasiya texnologiyalarının və internetin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin oktyabr ayında start verilib.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru "Azertelecom” şirkətidir.

Müsabiqəyə "LENOVO”, "BestComp”, İnnovasiya Mərkəzi, "NEURON” və "NOVA” şirkətləri də dəstək göstərirlər.