Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

12.07.18

Azərbaycan Respublikası Nazirlər Kabineti
Q Ə R A R

N 292

Bakı şəhəri, 
12 iyul 2018-ci il 

"Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında 

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:

2.1. "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 440; 2014, № 12, maddə 1680; 2018, № 1, maddə 123);

2.2. "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 28; 2015, № 6, maddə 785; 2016, № 2 (II kitab), maddə 368, № 4, maddə 783, № 6, maddə 1216);

2.3. "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 438; 2014, № 5, maddə 588);

2.4. "Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 314 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1604).

Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədov



 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 12 iyul
tarixli 292 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların

 S İ Y A H I S I


1."Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti.

2. "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.

3. "AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.

4. "Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti.

5. "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti.

6. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti.

7. "Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti.

8. "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

9. "Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

10. "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

11. "Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti.

12. "Yüksək Texnologiyalar Parkı-"YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti.

13. Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi.

14. Məlumat Hesablama Mərkəzi.

15. Nəqliyyat Təlim-Tədrisi Mərkəzi

16. Dövlət Radiotezliklər İdarəsi.

17. "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi.

18. "Rabitəçi” İstirahət Bazası.

19. Yardımçı Kənd Təsərrüfatı və Xidmət İdarəsi.


20. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyindəki qurumlar:

20.1. "Nəqliyyat-Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.2. "1 saylı Gəncə Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.3. "2 saylı Quba Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.4. "3 saylı Şirvan Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.5. "4 saylı Lənkəran Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.6. "5 saylı Yevlax Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.7. "6 saylı Şəki Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.8. "7 saylı Göyçay Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.9. "8 saylı Sumqayıt Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.10. "9 saylı Ucar Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.11. "10 saylı Şəmkir Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.12. "11 saylı Tovuz Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.13. "12 saylı Beyləqan Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.14. "13 saylı Cəlilabad Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.15. "14 saylı Şamaxı Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.16. "15 saylı Mingəçevir Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti.


21. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyindəki qurumlar:

21.1. Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi;

21.2. Nəqliyyat və Texniki-Təminat İdarəsi.


22. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyindəki qurumlar:

22.1. Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxs.


23. "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki qurumlar:

23.1. "Az-Euro Tel” Məhdud Məsuliyyətli Cəmiyyəti;

23.2. Bakı Avtomat Telefon Qovşağı;

23.3. Layihə Axtarış Kontoru;

23.4. Rabitə Qurğularının Təmiri və Tikintisi İdarəsi.


Qeyd.Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.