Daha 2 qurum "Elektron hökumət" portalı üzərindən xidmət edəcək

26.01.18

"Elektron hökumət” portalıilə əməkdaşlıq sayəsində"Bank Avrasiya”və"Molbulak” bank olmayan kredit təşkilatıkredit rəsmiləşdirilməsi üçünelektron arayışxidmətindən istifadəyə başlayıb.

Adı çəkilən bank və kredit təşkilatı kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka, yaxud kredit təşkilatına ünvanlaya bilər.

Qeyd edək ki, hazırda "Elektron hökumət" portalının istifadəçiləri 18 adda arayışı "Elektron hökumət" portalına giriş olmaqla formalaşdırmaq və ötürmək imkanına sahibdir.