Daha bir şirkət kredit rəsmiləşdirməsini "Elektron hökumət" portalı üzərindən reallaşdırır

26.12.17

Artıq "Emsa Baku” MMC şirkətinin "Madame Coco” və "Dekoria” mağazalarının müştəriləri də"Elektron hökumət" portalı vasitəsilə təqdim olunan elektron arayışlardan istifadə edərək rahatlıqla istədikləri məhsulu kreditlə ala biləcəklər.

Xidmət "Emsa Baku” MMCşirkətinin bütün filiallarında tətbiq olunur.

Hazırda"Elektron hökumət" portalıtərəfindən18 arayışvətəndaşlara təqdim olunur.

Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidmətdən 30-a qədər bank, kredit təşkilatları və ticarət obyektləri yararlanır.

Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir.Elektron arayışlarkredit sistemindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zərurətinin aradan qaldırılmasıdır.