"Gənclər üçün Elektron Hökumət" müsabiqəsinin mükafat fondu elan edildi

26.12.17

Gənclər arasında "Elektron hökumət” həllərindən istifadənin təşviq edilməsi və "Elektron hökumət” üzrə gənclərin maarifləndirilməsi məqsədilə keçirilən müsabiqənin mükafat fondu elan edilib. Müsabiqə "Elektron Hökumət” portalını –www.e-gov.azgənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin "Elektron hökumət” həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

"Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs”, eləcə də, "Region gəncləri arasında "Elektron hökumət” həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyaları üzrə qaliblər6 ay müddəti üçün pulsuz internetxidmətindən istifadə imkanı qazanacaq.

"Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs” və "Dövlət xidmətlərinin elektronlaşdırılması vəwww.e-gov.az– "Elektron Hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif” nominasiyalarının qalibləri isə500 manatpul mükafatı əldə edəcəklər.

Müsabiqə qaliblərinə digər hədiyyələr, sertifikat və rəmzi mükafatlar təqdim olunacaq. Sənədlərin qəbulu dekabrın 20-nə qədər davam etdiriləcək. İştirak etmək üçünburadanqeydiyyatdan keçə bilərsiniz.

Müsabiqə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənir. MüsabiqəElektron Hökumət Təlim-Tədris MərkəzivəMəlumat Hesablama Mərkəzinintəşkilatçılığı ilə həyata keçirilir, qaliblər dekabrın 26-da keçiriləcək "Gənclər üçün Elektron Hökumət” konfransında elan ediləcək.

Daha ətraflı məlumatıbu keçiddənəldə etmək mümkündür.