Məlumat Hesablama Mərkəzi "Bakutel-2017"

5.12.17

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) hər il olduğu kimi, bu il də "Bakutel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında yenilikləri ilə iştirak edəcək.

Ölkənin ən mühüm layihələrini icra edən Məlumat Hesablama Mərkəzi elektron transformasiyalar məkanı olaraq tanınır. Mərkəz"Elektron hökumət”, "Açıq Hökumət Məlumatları”, "Elektron imza”infrastrukturlarının qurucusu və bu infrastrukturlar üzrə əsas təşkilati qurumlardandır.

Ötən il ərzində qeyd olunan infrastrukturlar üzrə bir sıra yeniliklər edən MHM operatoru olduğu"Elektron hökumət” portalındakıxidmətlərin sayını artırıb, vətəndaşlara səmərəli xidmət vermək üçün mövcud xidmətlərdən bir çoxunu optimallaşdırıb. XüsusənAçıq Hökumət Məlumatları(data.gov.az) üzrə aparılan işlər artıq öz bəhrəsini verib və bu il portal tamamilə yenilənərək, məlumat dəstlərinin sayı 25-dən654-ə çatdırılıb.

İl ərzində yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı ölkə rəhbərinin təsdiqlədiyi sənədlərdə əks olunan tapşırıqlar üzrə də işlər görülüb. Mərkəz yeni şəxsiyyət vəsiqələrinin tərkibinə elektron imza çiplərinin inteqrasiyası üçün lazımi infrastrukturu qurub və bu prosesə tam hazırdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən il "Bakutel” sərgisi çərçivəsində təqdim olunan"Danışan kitabxana”görmə qabiliyyəti məhdud insanların, habelə, bədii ədəbiyyat dinləyicilərinin marağına səbəb olub. Bu il kitabxananın məlumat sisteminə əlavələr edilərək, 200-dən artıq peşəkar səviyyədə səslənmiş kitab dinləyicilərin ixtiyarına verilib və kitabların ümumi sayı300-ə yaxındır.

Bundan başqa, vətəndaş məmnunluğunu artırmaq, bir mənbədən çox sayda məlumat almaq imkanını təmin etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində olan qurumlar üçünvahid çağrı mərkəziyaradır. Hazırda 155 vahid çağrı mərkəzi 170, 122, 123 qısa nömrələrini özündə birləşdirir. Gələcəkdə bu mərkəzə digər qurumların qoşulması, həmçinin turistlərə bələdçi xidmətlərinin göstərilməsi də planlaşdırılır.

"Bakutel” iştirakçıları qeyd olunan yeniliklərlə bağlı daha geniş məlumatı Məlumat Hesablama Mərkəzinin pavilyonundakı güşələrdən əldə edə bilərlər. Pavilyonda vətəndaşların "Elektron hökumət” portalı barədə məlumatını artırmaq, eyni zamanda onlara hədiyyələr qazandırmaq üçünoyunlarda təşkil olunacaq.