"Elektron hökumət" portalına daha 3 elektron xidmət əlavə olundu

21.09.17

Əmlak Məsələləri Dövlət Komitəsinin 3 xidməti elektronlaşdırılaraq "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya edildi.Bununla da, Əmlak Məsələləri Dövlət Komitəsinin "Elektron hökumət” portalı üzərindən təqdim olunan xidmətlərinin sayı 35-ə çatdı.

Komitənin,oxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”,"Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi”,"AzPOS sisteminə qoşulmaq üçün müraciətin və sənədlərin qəbulu”adlı xidmətlərindən artıq "Elektron hökumət" portalında istifadə etmək olar.

Qeyd olunanoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”xidməti vasitəsilə vətəndaş ölkə üzrə şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub olmadığı haqda məlumat əldə edə bilər.

"Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi”xidməti üzrə də vətəndaş ölkə üzrə ünvanı göstərməklə həmin ərazi üzrə mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatları ala bilər. Qeyd edək ki, hər iki xidmət üçün ödəniş tələb olunur.

İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən etmək istəyən qurum AZPOS vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq imkanına malikdir.

Portala inteqrasiya olunan üçüncü xidmət"AZPOS sisteminə qoşulma üçün müraciəti və sənədlərin qəbulu”nu ehtiva edir.

Qeyd edək ki, AZPOS (Azerbaijan Positioning Observation System) Azərbaycan Respublikası ərazisində geodeziya-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir.