"Elektron hökumət" bülleteninin növbəti sayı dərc edilib

18.07.17

"Elektron hökumət” portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən cari ilin ikinci rübünü əhatə edən"Elektron hökumət” bülleteninin 40-cı sayıictimaiyyətə təqdim edilib. Bülleten vahid portalda olan yeniliklər və görülən işlər barədə cəmiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

Hər rübdə 1 dəfə nəşr olunan bülletendə "Elektron hökumət” portalı, yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron hökumət” və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır.

Bu nəşrdə "Güzəştli Mənzil Sistemi "Elektron hökumət” portalı üzərindən fəaliyyət göstərir”, "Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub”, "Elektron hökumət” portalına cari ilin II rübü ərzində inteqrasiya edilən elektron xidmətlər”, ”Elektron imza tətbiqinin üstünlükləri və aktual problemlərinə həsr olunan Respublika Elmi-Praktik konfransı keçirilib”, "Onlayn imza proqramına yeni funksionallıqlar əlavə olundu”, "TİBO 2017” sərgisində ölkəmizin telekommunikasiya sahəsindəki yenilikləri nümayiş etdirilib", "Elektron hökumət” portalında fəaliyyət göstərən xidmət beynəlxalq mükafata layiq görülüb”, "Cari ilin ilk 6 ayı ərzində 10582 "Elektron imza” sertifikatı istifadəyə verilib” sərlövhəli materiallar yer alıb.

Həmçinin, "Elektron hökumət” quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə də məlumatlar verilib.

"Elektron hökumət” bülleteninin bu sayında da"EGOV AR”texnologiyasından istifadə olunub. Belə ki, oxucular "EGOV AR” adlı mobil tətbiqdən istifadə edərək, bəzi materialları həm də görüntülü və səsli izləyə bilərlər."Android”"İOS”sistemlərində çalışan "EGOV AR” mobil tətbiqi "Elektron hökumət” portalı, elektron imza və başqa layihələrlə bağlı istifadəçiləri məlumatlandırmaq üçün hazırlanıb. Bu mobil tətbiq vasitəsilə şəkillər ekranda canlanan videoya çevrilir.

Qeyd edək ki, bülleten pulsuz paylanılır, həmçinin elektron şəkildə portalda yerləşdirilir.

Bülletenin 40-cı sayını onlayn şəkildəburadanəldə edə bilərsiniz.