Cari ilin ilk beş ayı ərzində elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumları

9.06.17

Dövlət orqanları və vətəndaşlar arasında informasiya və sənəd əldə etmə prosesini reallaşdıran"Elektron hökumət” portalınamaraq hər ötən gün artmaqdadır. Portala müraciət edən istifadəçi sayının artması buna sübutdur. Beləki, portalın təqdim etdiyi xidmətlərin çeşidi ilə yanaşı istifadə dinamikası da nəzərəçarpacaq dərəcədə müsbətə doğru dəyişir.

"Elektron hökumət” portalının operatoru Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin Məlumat Hesablama Mərkəzi cari ilin ilk beş ayında elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar və ən çox müraciət olunan xidmətlərin statistikasını təqdim edir.

"Elektron hökumət” portalında 2017-ci ilin ilk beş ayı ərzində xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu.

  • - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • - Dövlət İmtahan Mərkəzi
  • - Dövlət Gömrük Komitəsi
  • - "Azərsu" ASC
  • - Daxili İşlər Nazirliyi
  • - Əmlak Məsələləri Dövlət Komitəsi
  • - Ədliyyə Nazirliyi
  • - Mərkəzi Seçki Komissiyası
  • - Vergilər Nazirliyi

Bu müddət ərzində istifadə sayına görə liderlik edənƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininelektron xidmətlərinə ümumilikdə4.577.529dəfə müraciət olunub. Qurumun təqdim etdiyi elektron xidmətlərdən cari ildə müraciət sayı1.388.673-ə çatan"Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”xidmətidir ki, adı çəkilən xidmət20dövlət qurumu və3mobil operatorun informasiya resurslarına çıxışının təmin etməklə vətəndaşların işini asanlaşdırır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininxidmətlərinə müraciət sayı3.088.725-dir. Nazirliyin ən çox istifadə olunan xidməti isə"Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”xidmətidir ki, cari ilin bu gününədək xidmətə müraciət sayı1.692 360-a çatıb.

Xidmətlərinin istifadə sayına görə ilk beşlikdə olanDövlət İmtahan Mərkəzinintəqdim etdiyi elektron xidmətlərə müraciət sayı1.005.477-dir. Ən çox"Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər)) ərizələrinin onlayn qəbulu”xidmətinə müraciət qeydə alınıb ki, bu göstərici384.492dəfə olub.

Bununla yanaşıDövlət Gömrük Komitəsinə 332.638;"Azərsu" ASC 59.596;Daxili İşlər Nazirliyinə 39.615;Əmlak Məsələləri Dövlət Komitəsinə 33.644;Ədliyyə Nazirliyinə 20.190;Mərkəzi Seçki Komissiyası 16.822;Vergilər Nazirliyinə 14.470; dəfə müraciət qeydə alınıb.

Qeyd edək ki,"Elektron hökumət" portalıtərəfindən təqdim olunan elektron xidmətlər bu gün həm vətəndaşların, həm də qurumların işini sadələşdirir və sərf olunan vəsaitə və işçi qüvvəsinə qənaət edir.