"Elektron-imza" ilə elektron qaimə əldə etmək daha da sadələşdi

11.04.17

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.

Bunun üçün, vergi ödəyicisiOnlayn rejimdəVergilər Nazirliyinin saytındanwww.e-taxes.gov.az"Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib "e-Qaimə” altbölməsinə daxil olmalıdır. Daha sonra, zəruri məlumatları daxil edərək onlayn rejimdəelektron qaimə-fakturasıtərtib edilib digər tərəfə təqdim edilir.

Eyni zamanda, vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsi iləOflayn rejimdədə qaimə-fakturası tərtib edərək göndərə bilər:

Bunun üçün, "Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramlarıwww.e-taxes.gov.azsaytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını"E-imzalayıcı”və ya"Asan DOC" clientproqramı vasitəsilə imzalayır. Həmin proqramlarıwww.e-imza.azwww.asanimza.azsaytlarından yükləmək olar.

Sonda, gücləndirilmiş elektron imza vasitələrindən birini, "Elektron imza”və ya "Asan İmza”ilə Vergilər Nazirliyinin "Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib "e-Qaimə” altbölməsinə daxil olur və imzalanmış"edoc”və ya"adoc”tipli faylı "Paket göndər” düyməsi vasitəsilə sistemə yükləyir.

Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir.

Eyni zamanda, qarşı tərəf "Elektron imza”və ya "Asan imza”vasitəsilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir.

İSTİFADƏÇİ TƏLİMATI

LAZIMLI PROQRAMLAR