Azərbaycan nümayəndə heyəti "ITU Telecom World 2016" beynəlxalq sərgisində iştirak edir

18.11.16

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Tailandın paytaxtı Banqkok şəhərində bu gün "ITU Telecom World 2016” beynəlxalq sərgi və konfransı öz işinə başlayıb.
Ənənəvi tədbirin keçirilməsində əsas məqsəd inkşaf etməkdə olan ölkələrin telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə diqqət çəkmək, rabitə sisteminin geniş diapazonunu təmin edən dünya standartlarını müəyyən etməkdir. Həmçinin, tədbirdə təbii fəlakətlərin azaldılması, iqlim dəyişikliyi və kibertəhlükəsizliyin gücləndirilməsi kimi dövrün qlobal problemləri həll edilir.
"ITU Telecom World 2016” İKT sektoru iştirakçılarının toplandığı ən böyük məkandır. Müxtəlif ölkələrin nümayəndələrinin uyğun şəraitdə, müvafiq zamanda, baş tutan bu həlledici görüşləri İKT dünyasının formalaşmasıda çox böyük təsirə malikdir.
"ITU Telecom World 2016” informasiya kommunikasiya texnologiyaları üzrə beynəlxalq kordinasiya rolunu oynayan bu qlobal mərkəz dövlət və özəl sektorun inkşafı üçün şəbəkə rolunu oynayır.
Hər il təşkil edilən dünya miqyaslı tədbirə müxtəlif ölkələrin dövlət və özəl sektorlarında çalışan yüksək ixtisaslı mütəxəssislərdən ibarət auditoriya toplanır, müxtəlif forumlar, müzakirələr və fikir mübadiləsi aparılaraq, sərgi hissəsində milli pavilyonlarda ölkələrin , şirkətlərin müxtəlif həlləri nümayiş etdirilir.
Hər il olduğu kimi, bu ildə "ITU Telecom World 2016” da Azərbaycan nümayəndə heyəti ilə iştirak edir. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin qurumları, özəl İKT şirkətlər təmsil olunurlar.
128 ölkədən 25 000 ziyarətçinin qatılması gözlənilən sərgidə 30-dək milli pavilyon, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonu təşkil edilib.
Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhon, Tailandın baş naziri Prayut Çan-o-Ça və BTİ-nin Baş katibi Hulin Zao VİP tur çəçivəsində ölkəmizə məxsus pavilyonla tanış olublar.
Tədbir müddətində ölkə təmsilçilərimizin Nazirlər toplantısında çıxışı, ikitərəfli görüşlər planlaşdırılır.