Cəbhəyanı regionlar üzrə "Elektron hökumət" mövzusunda seminarlar yekunlaşıb

10.11.16

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin birgə dəstəyi ilə "Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindəncəbhəyanı rayonlarda təşkil edilmiş "Elektron hökumət” mövzusunda seminarlar başa çatıb.
21-22 oktyabr tarixlərində Bərdə və Tərtər rayonlarında start verilən layihə, 4-5 noyabr tarixlərində Ağdam və Goranboyda keçirilən seminarlarla yekunlaşıb.
"Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, Yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirak etdiyi seminarlarda ümumilikdə 300-dən artıq yerli sakin iştirak edib.
Seminarlarda şəffaf social münasibətlərin qurulmasında electron xidmətlərin rolundan danışılıb.
Seminarlarda vahid xidmət məkanı olan "Elektron hökumət" portalının bu günki fəaliyyəti və gələcək priototetləri barədə məlumat verilib. Məlumat Hesablama Mərkəzinin mütəxəssisi portal vasitəsilə təqdim olunan 418 xidmət üzrə ən çox müraciət olunan xidmətlərdən danışıb.
Seminar zamanı müxtəlif məzmunlu arayışların electron şəkildə əldə edilməsi əhali tərəfindən yüksək qiymətləndirilib. Portalın "Fikir Bank", "Əks-Əlaqə" və "Onlayn Konsultasiya" kimi köməkçi funksiaları barədə seminar iştirakçıları məlumatlandırılıb.
Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.