"Elektron imza"ilə imzalanan sənədlərin sayı artıb

12.04.16

Virtual dünyanın şəxsiyyət vəsiqəsi olan "Elektron imza” kartlarından istifadə edənlərin sayı hər ötən gün artmaqdadır. Beləki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ötən il dövlət qurumları üzrə 47532, fiziki şəxslər üzrə 15832, hüquqi şəxslər üzrə isə 13820 "elektron imza”sertifikatı istifadəyə verilib. Ümumilikdə isə, bu günə qədər Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi "e-imza” kartlarının sayı 42561-ə çatıb.

Cari ilin aprel ayının 1-ə dək olan statistikaya görə isə dövlət qurumları üzrə 27282, fiziki şəxslər üzrə 7995, hüquqi şəxslər üzrə isə 7284 "e-imza” sertifikatı istifadəyə verilib.

Qeyd edək ki, ötən il dövlət qurumları tərəfindən sənəd imzalama tranzaksiyaların sayı 3 160 353, hüquqi və fiziki şəxslər tərəfindən imzalama tranzaksiyaların sayı 906 334 olmuşdur. Ümumilikdə, 2015-ci il ərzində 4 milyondan artıq sənəd elektron imza ilə imzalanıb.

Onu da qeyd edək ki, elektron imza, həmçinin, "Elektron hökumət" portalının autentifikasiya vasitələrindən biridir.