Mart ayı ərzində "Elektron hökumət" portalında xidmətlərindən ən çox istifadə olunan qurumlar

11.04.16

Dünyada informasiya texnologiyalarının geniş tətbiq olunduğu bir zamanda ölkəmizdə də "Elektron hökumət”in və elektron xidmətlərin yaradılması və elektron sənəd mübadiləsinin tətbiqi ölkə üçün çox aktual və praktik mahiyyət daşıyır. Yeni e-xidmətlərin vətəndaşlara təqdim edilməsi cəmiyətdə dövlət qurumununnüfuzunu artırmaqla yanaşı əhalinin təlabatını da günü gündən artır. Bunu "Elektron hökumət" www.e-gov.az portalında təqdim olunan xidmətlərin və istifadəçilərin sayının artması sübut edir.

Beləliklə mart ayı ərzində "Elektron hökumət" portalı vasitəsi ilə ən çox istifadə olunan qurumların statistik göstəricilərini təqdim edirik.

1.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 524935

2.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 307580

3. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 307435

4. Elektron Arayışlar 16915

5.Daxili İşlər Nazirliyi 6314

ƏƏSMN sosial xidmətlərin elektronlaşdırılması və vətəndaşlara real elektron xidmət təqdim edilməsinə göstərdiyi xüsusi diqqətin nəticəsi olaraq mütamadi liderlik edir. Qeyd edək ki, təkcə mart ayında 152585 dəfə istifadə edilən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidməti qurumun ən çox istifadə olunan xidmətidir. Mart ayı ərzində qurumun ikinci ən çox istifadə olunana elektron xidməti isə "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir ki, bu xidmətdən mart ayında 90071dəfə istifadə edilib. Onu da qeyd edək ki, bu xidmət cari ilin fevral ayının 22-də elektronlaşdırılaraq portala inteqrasiya edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mart ayında ən çox istifadə olunan "Sınaq imtahanına yazılış” xidmətindən 119288 dəfə istifadə edilib. Qeyd edək ki, qurum qəbul imtahanlarına start verdiyi üçün növbəti aylarda istifadə sayının daha da artacağı labüddür.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətindən 99315 dəfə istifadə olunub. Qeyd edək ki, Mobil Nömrə Daşınması (MND) xidməti abunəçilərə mobil nömrələrini dəyişmədən istənilən mobil operator şəbəkəsinə qoşulmaq imkanı verir. Yəni abonentlər öz mobil nömrəsinin prefiksini dəyişmədən operatorunu dəyişə bilir. Bu xidmətdən istifadə etməklə isə istifadəçi zəng edəcəyi nömrənin hansı şəbəkəyə daşınması ilə bağlı məlumat əldə edə bilir.

"Elektron hökumət” portalında sosial təlabatın yüksək olduğu elektron arayışların istifadə sayı kifayyət qədər böyükdür və hər ötən gün bu rəqəm artır. Mart ayı ərzində "Diplom haqqında arayış” dan 1808 dəfə, "Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” dan isə 1724 dəfə istifadə edilib. Bu da elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsinə zəmin yaradır.

Daxili İşlər Nazirliyinin təqdim etdiyi "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” adlı xidmətindən isə mart ayı ərzində 2968 dəfə istifadə edilib. Qeyd edək ki, bu xidmət qeydiyyatsız olduğu üçün xidmətdən istifadə etmək üçün portala giriş etməyə ehtiyac yoxdur. Onu da qeyd edək ki, qurumun "FİN-ə görə fərdi məlumatların axtarış sistemi” xidməti də sosial əhəmiyyəti böyük olan xidmətlərdəndir.