"Elektron hökumət" portalındakı elektron xidmətlərindən fevral ayı ərzindəən çox istifadə olunan 5 qurum

9.03.16

"Elektron hökumət” portalı innovativ yeniliklərlə təkmilləşdirildikcə elektron xidmətlərə maraq daha da artır. Ötən aylarda olduğu kimi, fevral ayında da elektron xidmətlərdən istifadə sayında nəzərəçarpan artım qeydə alınıb. Belə ki, keçən ay ərzində elektron xidmətlərdən 994935 dəfə istifadə edilib.

Portalda elektron xidmətlərindən istifadə sayına görə 5 qurum liderlik edir:

  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - 275959
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 273724
  • Dövlət Sosial Müdafiə Fondu - 239790
  • Tələbə qəbulu üzrə dövlət komissiyası - 152981
  • Elektron Arayışlar - 20854

Qeyd edək ki, 35 xidməti ilə portala inteqrasiya edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən aktual xidmətləri olan "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətindən 84954 dəfə "Telefon nömrəsi üzrə axtarış” xidmətindən 66657 dəfə istifadə edilib.

Portalın, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ən aktual xidməti olan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətindən 180061 dəfə istifadə edilib.

Dövlət Sosial Müdafiə Fondunun ən çox istifadə edilən "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” xidmətindən 55590 dəfə istifadə edilib.

15 xidməti ilə portala inteqrasiya edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fevral ayında ən çox istifadə edilən "Namizədlərin(abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrin onlayn qəbulu” xidmətindən isə 62966 dəfə istifadə edilib.