Elektron imza sertifikatlarının istifadəçilərinin sayı 5% artıb

9.03.16

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən "Elektron imza” kartlarından istifadə edənlərin sayı artıb.

Belə ki, 1 mart 2016-cı il tarixinə olan statistikaya əsasən ümumən 82068 elektron imza sertifikatı istifadəyə verilib. Bu da ötən ayla müqayisədə 5% artım deməkdir. Məlumat üçün bildirək ki, fevral ayının 1-ə qədər istifadəyə verilən elektron imza sertifikatının sayı 78286 təşkil edib.