"Elektron hökumət" portalında ən çox istifadə olunan elektron xidmət

9.03.16

Fevral ayı ərzində əhalinin ən çox istifadə etdiyi elektron xidmət məlum olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət” portalı (www-e-gov.az) üzərindən təqdim edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidməti ən çox istifadə olunan elektron xidmətlər üzrə ilk yerdə qərarlaşıb.

Son bir ayda sözügedən xidmətdən 180061 dəfə istifadə edilib. "Elektron hökumət” portalı https://www.e-gov.az/ üzərindən bu xidmətdən istifadə etmək üçün gücləndirilmiş imza sertifikatları ilə autentifikasiya (tanıma, identikləşdirmə) vasitələrindən istifadə etmək lazımdır.

Qeyd edək ki, əmək münasibətlərinin elektron qeydiyyatı əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın formalaşmasına, sosial sığorta haqları və s. daxilolmaların artmasına yönəlib.