Noyabr ayı ərzində "Elektron Hökumət" portalında xidmətlərindən ən çox istifadə olunan 5 qurum

10.12.15



"Elektron Hökumət” - informasiyanın elektron emalı, ötürülməsi və paylaşılması üçün əvəzedilməz vasitədir. "Elektron Hökumət” ənənəvi idarəçilik metodlarının davamı və ya analoqu deyil, dövlət xidmətlərinin keyfiyyətinin artırılması, təkmilləşdirilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə qarşlıqlı münasibətlərin şəffaf təşkilinin yeni modelidir.

Dünyada informasiya texnologiyalarının geniş tətbiq olunduğu bir zamanda ölkəmizdə də "Elektron Hökumət”in və elektron xidmətlərin yaradılması və elektron sənəd mübadiləsinin tətbiqi ölkə üçün çox aktual və praktik mahiyyət daşıyır. Yeni elektron xidmətlərin vətəndaşlara təqdim edilməsi cəmiyyətdə dövlət qurumununnüfuzunu artırmaqla yanaşı, qurumlar arasında motivasiya və rəqabət yaradır.

Bunu "Elektron Hökumət" portalında təqdim olunan xidmətlərin və istifadəçilərin sayının artması əyani sübut edir. Təkcə noyabr ayı ərzində "Elektron Hökumət" portalı vasitəsi ilə 699645 dəfə elektron xidmətlərdən istifadə edilib. Noyabr ayı ərzində portal vasitəsi ilə xidmətlərindən ən çox istifadə olunan 5 qurumun statistik göstəricilərini sizə təqdim edirik:

1. RYTN 345021

2. ƏƏSMN 182346

3. DSMF 102497

4. Elektron Arayışlar 44358

5.TQDK 7418

Göründüyü kimik, noyabr ayı ərzində "Elektron Hökumət” portalı tərəfindən təqdim olunan statistikaya əsasən, elektron xidmətindənən çoxistifadə olunan qurum36 xidmətlə portala inteqrasiya edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nazirliyin ən çox müraciət edilən e-xidmətləri "Telefon nömrəsi üzrə axtarış”, "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, "Mobil cihazların qeydiyyatdan keçirilməsi”, "Mobil cihazların İMEİ qeydiyyatının yoxlanılması”, "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və s. xidmətlərdir. Qeyd edək ki, noyabr ayında Nazirliyin xidmətlərindən istifadə sayı 345021-ə çatıb.

Siyahıda ikinci olan ƏƏSMN-nin xidmətlərindən noyabr ayında 182346-dəfə istifadə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, "İş yerinə dair arayış” xidməti istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir.Onu da qeyd edək ki, ƏƏSMN sosial xidmətlərin elektronlaşdırılması və vətəndaşlara real elektron xidmət təqdim edilməsinə göstərdiyi xüsusi diqqətin nəticəsi olaraq mütamadi liderlik edir.

Xidmətlərinin istifadə sayına görə üçüncü olan diğər qurum "Elektron Hökumət” portalına 12 sosial xidməti ilə inteqrasiya edən DSMF-dir. Kompüteriniz qədər sizə yaxın olan bu xidmətlər vasitəsilə heç yerə getmədən, istədiyiniz vaxt hesabınıza yatırılan dövlət sosial siğorta haqqı barədə məlumat əldə edə, işlədiyiniz illər üzrə pensiya kapitalınızı öyrənə bilərsiniz. Bundan başqa sosial tələbat yüksək olan "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Sığortaolunanın onlayn uçota alınması”, "Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, xidmətlərindən istifadə edə, həmçinin, DSMF-nin e-xidmətlərindən faydalanaraq məcburi dövlət sosial sığorta vəsaitini "Elektron Hökumət" portalı üzərindən onlayn şəkildə ödəyə bilərsiniz. Sosial tələbatlar yüksək olan DSMF-nin təqdim etdiyi bu və ya digər xidmətlərdən təkçə noyabr ayı ərzində102497 dəfə istifadə edilib.

Cari ildə "Elektron Hökumət" portalının əsas uğurlarından biri kağız üzərində olan bir çox sənədlərin elektronlaşdırılması prosesi vətəndaşa aid məlumatların heç yerə getmədən bir portal üzərindən avtomatik formalaşdırılmasına imkan yaradır. Arayış əldə etmə prosesinin rahat və şəffaflaşdırılmasını təmin edən bu təşəbbüs qurumlar arasında portal üzərindən informasiya mübadiləsi nəticəsində mümkün olur. Artıq vətəndaşlar 11 arayışı (yaşayış, iş yerindən arayış, diplom haqqında arayış, kommunal borcun olmaması barədə arayış, vətəndaşa aid fərdi məlumatlar üzrə arayış, şəxsiyət vəsiqəsi məlumatları üzrə arayış və s.) dövlət qurumuna getmədən "Elektron Hökumət” portalından asanlıqla əldə edə bilirlər. Qeyd edək ki, "Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış” Dövlət Sosial Müdafiə Fondu ilə geniş əməkdaşlıq mühitində hazırlanan xüsusilə bankçılıq və bir çox ticarət sektorunda vətəndaşlardan əlavə sənəd tələbinin aradan qaldırılmasına səbəb olan bu xidmətdən hazırda 20-yə yaxın bank faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirir. Onu da qeyd edək ki, təkcə noyabr ayının statistikasına görə "Elektron Hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 44358-dəfə istifadə olunub. Kifayyət qədər böyük olan bu rəqəm elektron arayışlara sosial tələbatın yüksək olduğundan xəbər verir.

Noyabr ayı olmasına baxmayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınınxidmətləri bu ayda da istifadə sayına görə ilk beşliyə daxil olub. Qurumun 15 elektron xidmətindən noyabr ayında 7418 dəfə istifadə edilib. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ən çox istifadə olunan xidmətləri "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” ilə bağlı olan xidmətlərdir.

Qeyd edək ki, "Elektron Hökumət" portalı tərəfindən təqdim olunan elektron xidmətlər bu gün həm vətəndaşların, həm də qurumların işini sadələşdirir və sərf olunan vəsaitə və işçi qüvvəsinə qənaət edir.