"Bakutel 2015" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işini uğurla yekunlaşdırdı

7.12.15

Bakı Ekspo Mərkəzində 2-5 dekabr tarixlərini əhatə edən telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri olan "Bakutel-2015" sərgisi başa çat. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi artıq 4 ildir ki Bakutel sərgisində "Elektron Hökumət" portalı üzrə e-xidmətləri və yenilikləri vətəndaşlara həmçinin, sərgidə iştirak edən xarici qonaqlara nümayiş etdirir.

Bu il də sərgi çərçivəsində iştirakçılara "Elektron Hökumət" portalı üzrə təqdimatlar göstərilmiş, portalın ictimai əhəmiyyəti və üstünlükləri izah olunmuşdur. Portal üzrə vətəndaşın özü tərəfindən formalaşdırılan elektron arayışlar, eləcə də, onlayn ödəmə imkanlarını genişləndirən elektron ödənişlər iştirakçıların ən çox diqqətinə səbəb olan xidmətlərdir. Vətəndaşlara həmçinin, elektron sənəd mübadiləsinin əsas elementi olan elektron imza eləcə də, ictimai məlumatların açıq edilməsində data.e-gov.az portalının rolu və inkişaf perspektivləri izah olunmuşdur.

Sərgidə,

  •  Yaşayış yeri barədə elektron arayış;
  •  Diplom barədə elektron arayış;
  •  Tələbə-məzun informasiya sistemindən çıxarış;
  •  Şəxsiyyət vəsiqəsinin elektron sürəti
  •  Vətəndaşın adına olan mobil nömrələr;
  •  Yeni autentifikasiya vasitəsi olan E-gov İdentity

xidmətləri praktiki olaraq vətəndaşlara nümayiş olunmuş, portala girişi olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin skan olunması ilə istifadəçi adı/şifrə verilmişdir.

Qeyd edək ki, sərgi çərçivəsində "adınıza qeydiyyatda olan mobil nömrələrin siyahısı xidməti"nə 100-ə yaxın, elektron arayışlara 200-ə yaxın müraciət qeydə alınmışdır. 100-ə yaxın iştirakçıya isə "Elektron Hökumət" portalına giriş verilmişdir.