Açıq Hökumət Məlumatları sənayesinin iqtisadiyyata təsiri

20.11.15

Dünya təcrübəsi

Açıq Hökumət Məlumatları dövlət qurumlarının səlahiyyətləri çərçivəsində yaradılan, müəyyən qurum, təşkilat, eləcə də informasiya və analitik agentliklərin ictimai əhəmiyyətli məlumatlarının kompüter proqramı tərəfindən oxunaqlı formata gətirilərək hökumət portalında yerləşdirilən və qanunauyğun şəkildə hər bir şəxsin istifadəsinə verilən qeyri-fərdi məlumatlardır. Açıq Hökumət Məlumatlarından əsasən açıq materialı xammal kimi istifadə edərək ondan mobil əlavələr və xidmətlər yaradıb təqdim edən proqramçılar, jurnalistlər və bu "xammal" üzərindən elmi, sosial, iqtisadi tədqiqatlar aparan qurumlar istifadə edirlər.

Artıq inkişaf etmiş ölkələrdə Açıq Hökumət Məlumatları innovativ inkşaf, kiçik və orta biznes üçün mühüm mənbə sayılır. Bütün sahələrdə yeni texnologiyaların tətbiq edildiyi XXI əsrdə müasir insanlar dünyamızı daha rahat, daha yaxşı etmək üçün açıq məlumatlardan istifadə edərək yeni ideyalar, yeni servislər yaradır. Bir sözlə bu gün Açıq Məlumatlar öz növbəsində xeyli sayda sosial və ictimai əhəmiyyətli layihələrin əsasını təşkil edir.
Məsələn, smartfonun ekranında 1 nömrəli avtobusun 8 dəqiqədən sonra dayanacağa yaxınlaşacağı görünür. 8-dəqiqədən sonra abtobus dayanacağa daxil olur və qapılar açılır. Rusiyada bu sahə yeni inkişaf etməyə başlayıb və bu kimi ictimai əhəmiyyətli servislər açıq məlumatlar bazası əsasında yaradılıb.
Avropada isə bu sənaye çoxdan inkşaf edib. McKinsey Global İnstitutunun analitikləri Açıq Hökumət Məlumatlarından istifadəni potensial iqtisadi inkşaf olaraq qiymətləndirir və bir ildə ağılasığmaz dərəcədə böyük, 5,5 trilyon gəlir gətirdiyini qeyd ediblər. Rəqəmin böyük olduğuna görə bəlkə də bu araşdırma inandırıcı görünmür. Amma 2013-cü ildə Böyük Britaniya rəsmi olaraq Açıq Hökumət Məlumatlarının öz iqtisadiyyatlarına təsirini açıqladı. Bir ildə 6,8 milyard avro təşkil edən bu rəqəm bütün şübhələrə son qoydu. Britaniya rəsmilərinin açıqlamasına görə təkçə Açıq Hökumət Məlumatları üzərindən fəaliyyət göstərən 150 ispan şirkəti ildə 550 milyon avro məbləğində gəlir gətirir, nəticədə isə Açıq Hökumət Məlumatları sənayesi ümumilikdə Avropa Birliyinə birbaşa və dolayısı ilə 200 milyard avro gəlir gətirir ki, bu da ümumdaxili gəlirin 1,7%-ni təşkil edir.

Aşağıda McKinsey Global İnstitutunun Açıq Hökumət Məlumatlarının bir il ərzində dünya iqtisadiyyatına gətirə biləcəyi gəlirlər barədə verdiyi proqnozlar göstərilir:

Azərbaycanda bu sahə yeni inkişaf edir və bu ilin yanvar ayında istifadəyə verilmiş Açıq Hökumət Məlumatları portalında (www.data.e-gov.az) hazırda bir sıra dövlət qurumları tərəfindən 25 növ məlumat bazaları açıq edilmişdir və bu məlumatlar əsasında artıq bir sıra veb və mobil proqramlar hazırlanmışdır. "Elektron Hökumət” portalının operatoru olaraq tərəfimizdən portaldakı açıq məlumatların sayının və çeşidinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. İnanırıq ki, bir neçə ildən sonra bizim ölkəmizdə də Açıq Hökumət Məlumatları sənayesi yetərincə inkişaf edəcək və ölkə iqtisadiyyatına böyük gəlir gətirəcək.