Azərbaycanda İnformasiya Texnologiyaları Universiteti yaradılıb

2.02.13

Azərbaycan Prezidenti İlham Əliyev İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən İnformasiya Texnologiyaları Universiteti yaradılıb, Nazirklər Kabinetinə bu universitetin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Prezidentə təqdim etmək tapşırılıb. Nazirlər Kabineti İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutmalı, universitetinin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir.
 
Sərəncamda Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə İnformasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etmək və bu Sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirmək tapşırılıb. Sərəncamın imzalanmasında məqsəd ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etməkdir.