"Elektron Hökumət" portalı şəxsiyyətin daha dəqiq və ətraflı identifikasiya sistemini (identity score) formalaşdırır

2.11.15

"Elektron Hökumət" portalı vətəndaş barədə dəqiq və ətraflı məlumatları özündə əks etdirən vahid informasiya sisteminə çevrilməkdədir.

Beləliklə, portal vasitəsilə vətəndaşlar özlərinə məxsus məzmunca yeni növbəti elektron çıxarışı (arayış) istifadə edə biləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid olan bu çıxarışda vətəndaşa məxsus stasionar telefonlar vasitəsilə təqdim edilən rabitə xidmətləri (aylıq abunə haqqı, şəhərlərarası və beynəlxalq danışıqlar, müxtəlif servislər internet xidmətləri və s.) üzrə son 12 ay ərzində hesablanmış və ödənilmiş məbləğ avtomatik sistem tərəfindən formalaşdırılacaq.

Bu xidməti ətraflı təhlil etsək,

ilk növbədə bu növ məlumatlar vətəndaşın ödəyicilik qabiliyyətini müəyyən etməyə imkan verən qiymətləndirmə sisteminin tərkibidir. Sual oluna bilər ki, subyektin il ərzində xidmətlər üzrə apardığı ödənişlər cədvəl şəklində təqdim edilə bilər. Ancaq bir məqam da var ki, bu çıxarış həm də şəxsiyyətin fərdi keyfiyyətlərini xarakterizə etməyə imkan verir.

Beləki, günümüzdə fərdə aid məlumatların saxtalaşdırılması və ya şəxsi məlumatlarla iş zamanı yol verilən səhvlər bir çox sahələrdə xüsusən maliyyə müəssisələri, banklar, kredit təşkilatlarını və s. xeyli zərər çəkməsinə səbəb olur.

Bu istiqamət üzrə dünya təcrübəsinə nəzər saldıqda,maliyyə müəssisələri saxta məlumatların aşkarlanması üçün xüsusi biznes və müştəri identifikasiya sistemlərindən istifadə edir. Bu sistem fərdin müəyyən edilməsi üçün geniş həcmli istehlakçı (müştəri) məlumatlarını özündə birləşdirir. İdentifikasiya əlamətləri üzrə komponentlərə şəxsi identifikatorlar (fərdi məlumatlar), sosial məlumatlar, internet məlumatları, hökumət məlumatları, empirik məlumatlara əsaslanan təxmini davranış nümunələri, özünü qiymətləndirmə nümunələri və kredit məlumatları daxildir. Tətbiq olunan identifikasiya sistemləri müxtəlif mənbələrdən toplanılmış məlumatlar üzərində hazırlanır. Belə məlumatlar ümumilikdə üç kateqoriyaya bölünə bilər: Ümumi məlumatlar, Şəxsi məlumatlar və Kredit məlumatları.

"Elektron Hökumət" portalı mövcud informasiya resurslarını nəzərə alaraq bu istiqamətdə daha innovativ həll təklif edir.

Yuxarıda qeyd edildiyi kimi, RYTN tərəfindən tətbiq olunan çıxarış bu sahədə bir ilk olmaqla digər qurumlar üçün də nümunə və həmişə olduğu kimi çağırış olacaqdır. Sözügedən arayışın timsalında digər xidmət və rüsumların ödənişlərini həyata keçirən dövlət və qeyri dövlət təşkilatlarımız da bu nümunəyə qoşularaq xidmət haqqının hesablanmış məbləğləri və ödənişləri haqda uyğun servisləri hazırlayaraq "Elektron Hökumət” portalına təqdim edə bilər.

Bu təşəbbüslər zamanla hüquqi və fiziki şəxslərimizin "fərdi keyfiyyətlərini müəyyən etməyə imkan verən” vahid identifikasiya sisteminin (Identity score) formalaşdıracaq.

Bu ideya ƏƏSMN –nin VEMTAS layihəsi çərçivəsində yaranmışdır. Bildiyiniz kimi, ünvanlı dövlət sosial yardımın ayrılması üçün vətəndaşa ailə üzvlərinin bütün kommunal və kütləvi ödənişlər üzrə son 12 ayda apardığı əməliyyatların vətəndaş tərəfindən təqdim edilməs tələb olunur. Mövcud informasiya resurslarından faydalanaraq bu tələbin aradan qaldırılması və bu növ məlumatların avtomatik sistem tərəfindən formalaşması mümkündür. Hazırda, bir sıra qurumlarla artıq bu istiqamətdə kifayət qədər iri həcmli işlər aparılır.

Digər nöqteyi-nəzərdən, təsəvvür edin biznes təklifi ilə üz-üzəsiniz və ya qarşınızda işə götürmək istədiyiniz cavan bir mütəxəssis, lakin tərəddüdləriniz və şübhələriniz var. Əsassız deyil qarşınızda heç tanımadığın biri dayanıb. Nə etməli?!

Identity score yəni identifikasiya sistemi sizə subyekti qiyabi olaraq tanımağa imkan yaradacaqdır, etibar etmək olar, inanmaq olar, güvənmək olar. Bundan sonrası daha asandır.

Şəxsi məlumatlar barədə ən dəqiq və dolğun informasiyanı özündə birləşdirən "Elektron Hökumət" portalı bu istiqamətdə fəaliyyətini hər ötən gün genişləndirir. Belə məlumatlar müxtəlif dövlət qurumlarının informasiya sistemindən toplanır və istifadəçi tələblərinə uyğun portalda əksini tapır. Portalda vətəndaş barədə toplanan informasiyalar, informasiyanın dəqiqliyi müxtəlif mənbələr üzrə dəfələrlə yoxlanılır. Bu baxımdan, cari ildə istifadəçi/istehlakçı (abunəçi) məlumatlarının təşkili üzrə bir neçə qərar qəbul olunmuşdur. Artıq istehlakçı/müştəri məlumatların dəqiqliyi "Elektron Hökumət" portalı üzərindən yoxlanılır və bəzi sosial xidmətlərin icrası məhz fərdi məlumatlar portal tərəfindən təsdiqləndikdən sonra mümkündür.

Sevindirici haldır ki, RYTN MHM–də illər əvvəl müzakirəsi belə çətinliklə qəbul olunan ideyalarımız bu gün reallaşmış və cəmiyyətə töhfəsini verməkdədir.

Bu gün bu layihəyə "Elektron Hökumət" portalının operatoru olaraq ilk MHM başladı, ümid edir ki, bu təşəbbüsə tezliklə digər qurumlar da qoşularaq vahid identifikasiya sisteminin formalaşmasını sürətləndirəcək.