"157" Zəng (Çağrı) Mərkəzinin yeni platformada fəaliyyətinin 1 ili tamam olur

15.09.15

Bu gün "Elektron Hökumət” portalının Operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyyinin Məlumat Hesablama Mərkəzinin 157 Zəng Mərkəzinin yeni platformada fəaliyyətinin bir ili tamam olur. Görülən işlərin keyfiyyətinin artırılması, daxil olan müraciətlər əsasında mövcud problemlərin operativ şəkildə öyrənilərək aradan qaldırılması üçünnəzərdə tutulan mərkəz "Elektron Hökumət" portalında olan xidmətlər, elektron imza, portal üzərindən vətəndaşlara təqdim olunan onlayn konsultasiya xidməti, azdatacom internet provayderi, internet, easypay və apus sistemi vasitəsilə ödəmələr, poçt şöbələrində aparılan ödənişlər və sair barədə vətəndaşların müraciətlərini qəbul edir. Məlumat verdiyimiz kimi, ötən ilin sentyabrında mərkəz yenidən rekonstruksiya edildi və yeni proqram təminatı ilə təchiz olundu. Həmçinin, operatorlar arasında yenidən ixtisaslaşma aparıldı və texniki sualların cavablandlırılması üçün peşəkar mütəxəssislər seçildi. Bu isə mərkəzin işinin daha da professionallaşmasına təkan verdi.

157 Zəng Mərkəzindən istifadə etməklə vətəndaşlar mərkəzə getmədən e-poçt və ya telefon vasitəsilə qeyd edilən xidmət növləri, tələb edilən sənədlər və sair barədə məlumat ala, mərkəzin fəaliyyəti ilə bağlı öz təkliflərini göndərə bilərlər.

Stasionar telefonlardan birbaşa «157» nömrəsinə edilən zənglər və aparılan danışıqlar, habelə "Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. "Çağrı" mərkəzinə zəng edən vətəndaş səsli menyu vasitəsilə aşağıda qeyd edilən xidmət növlərindən ona lazım olanını seçib, təqdim olunan məlumatı dinləyə və ya əlavəsullarla bağlı operatora bağlana bilər:

  • Sürətli internet xidmətləri üçün "1” düyməsini;
  • AzDataCom internet xidmətinin texniki dəstəyi üçün "2” düyməsini;
  • Elektron imza xidmətləri üçün "3” düyməsini;
  • Elektron hökumət xidmətləri üçün "4” düyməsini;
  • Operatorla əlaqə üçün "0” düyməsini basın.

 

Nəzarət məqsədilə operatorların bütün cavabları online qeydiyyata alınır və uzun müddətə arxivləşdirilir.

 Son bir ilin statistikasına görə 157 zəng mərkəzinə daxil olmuş zənglərin sayı 84677–dir. Cəmi 4 aydır istifadəyə verilən onlayn konsultasiyaya olan müraciətlərin sayı isə 11144-dən artıqdır. Bundan başqa cağrı mərkəzinin info@e-gov.az elektron poçtuna yazılmış 25000-ə qədər, skype vasitəsilə isə 4000 müraciətə cavab verilib.

MHM-nin Zəng (Çağrı) Mərkəzi bu yaxınlarda daha bir innovativ xidmətin təqdimatına hazırlaşır. Belə ki, tezliklə, mərkəzə qurumlarla bağlı daxil olan müraciətlərin dərhal aidiyyatı qurumun zəng mərkəzinə yönləndirilməsi üçün sistem yaradılacaq. Bununla da, vətəndaşların digər qurumlarla bağlı müraciətləri vaxt itirilmədən yönləndiriləcək və cavablandırılacaq.

Qeyd edək ki, vətəndaşlar sual və müraciətlərini facebook səhifələrimizə, skype ünvanımıza və e-poçt ünvanlarımıza da göndərirlər. Həmin müraciətlər dərhal araşdırılır, müvafiq tədbirlər görülür və vətəndaşlar bu barədə məlumatlandırılırlar.