Türkiyədə "Elektron Hökumət" quruculuğu

26.08.15

Dünyadakı yeniliklərə laqeyd qalmayaraq qardaş Türkiyədə turkiye.gov.tr saytı yaradıldı. Turkiye.gov.tr saytı dövlət qurumlarına bir məkandan sürətli və etibarlı xidmət təklif edilən ünvandır. Vətəndaşın etibarlı şəkildə müraciət etdiyi bu sayt dövləti təmsil etdiyi üçün ən yüksək təhlükəsizlik sistemləri ilə qorunmaqdadır. Türkiyədə turkiye.gov.tr portalı vətəndaşları tərəfindən daha çox e-dövlət kimi adlandırılır. E-dövlət deyilməsinin başlıca səbəbi əksər xidmətlərin burda internet vasitəsilə göstərilməsidir. İnternet vasitəsilə həyata keçirilən bütün xidmətlər əlaqədar nazirlik və ya qurum tərəfindən həyata keçirilir.

Türkiyə Cumhuriyyətinin elektron hökuməti turkiye.gov.tr saytı üzərindən fəaliyyət göstərir və Türkiyənin Elektron Hökuməti "e-Devlet Kapısı” adlandırılmışdır.

Xidmətdən istifadə etmək üçün üzvlük tələbi barədə səhifənin yuxarı, sağ kənarında qeyd olunmuşdur. Portalda xidmətlər aşağıdakı kimi qruplaşdırılmışdır:

  • elektron xidmətlər
  • dövlət qurumları
  • bələdiyyələr
  • əlaqə və yardım

Elektron xidmətlər bölməsində aşağıdakı nazirlik və qurumların xidmətləri əlifba sırası ilə sıralanır:

  • Ədliyyə Nazirliyinin
  • Ailə və Sosial Siyasət Nazirliyinin
  • Baş Nazirliyin
  • İnformasiya Texnologiyaları və Rabitə Qurumunun
  • Elm, Sənaye və Texnologiya Nazirliyinin
  • Cumhurbaşkanlığının (Prezident),
  • Əmək və Sosial Sığorta Nazirliyinin
  • Çayçılıq təsərrüfatı Baş İdarəsinin
  • Ekologiya və Şəhər Təsərrüfatı Nazirliyinin
  • Dövlət Kargüzarlığı Ofisi Baş İdarəsinin
  • Dövlət Kadr Nazirliyinin
  • Xarici İşlər Nazirliyinin
  • Təbii Qəza Sığortaları Qurumunun
  • Polis Baş İdarəsinin
  • Energetika Bazarı Qurumunun
  • Gəlir İdarəsi Nazirliyinin
  • Qida, Əkin və Heyvandarlıq Nazirliyinin
  • Gömrük və Ticarət Nazirliyinin
  • Daxili İşlər Nazirliyinin
  • İşsizliyin Qarşısının Alınması Nazirliyinin (İŞKUR)
  • İnkişaf Nazirliyinin Mühasibat və Təcrübə Standartlarına Dövlət Nəzarəti Xidmətinin
  • Dövlət Satınalmaları Qurumunun
  • Quru Qoşunları Komandanlığının
  • Yollar Baş İdarəsinin
  • Sahil Təhlükəsizliyi Baş İdarəsinin
  • Kiçik və Orta Səviyyəli Sənayeni İnkişaf Etdirmə və Dəstəkləmə Baş İdarəsinin (KOSGEB)
  • Regional İdarələr Baş İdarəsinin
  • Maliyyə Nazirliyinin
  • Mərkəzi Qeydiyyat İdarəsinin
  • Meterologiya Baş İdarəsinin
  • Milli Təhsil Nazirliyinin
  • Milli Kitabxana Nazirliyinin
  • Milli Təhlukəsizlik Nazirliyinin
  • Vətəndaşların Sayılması İşləri üzrə Baş İdarəsinin
  • Poçt və Teleqraf İdarəsinin (PTT),
  • Sığorta İnformasiya və Nəzarəti Mərkəzinin
  • Mülki Aviasiya Baş İdarəsinin
  • Sosial Sığorta Qurumunun
  • Takasbankın İstanbul Dəyişdirmə və Saxlama Bankı İdarəsinin
  • Kadastr Xidmətləri Bölməsinin
  • Əkinçilik Sığortaları Xidmətlərinin
  • Türkiyə Böyük Millət Məclisinin
  • Səhiyyə Nazirliyinin
  • Mərkəzi Bankın
  • Türkiyə Statistika Nazirliyinin
  • Türkiyə Beynəlxalq Agentliyinin
  • Türk Patent İnstitutunun
  • Çatdırılma, Dənizçilik və Xəbərləşmə Nazirliyinin
  • Yüksək Məhkəmənin (Yargıtay)
  • Ali Təhsil və Tələbə Yurdları Qurumu Baş İdarəsinin
  • Ali Təhsil Qurumu Nazirliyinin
  • Dövlət qurumları bölməsində isə əsas nazirliklərin xidmətləri öz əksini tapmışdır:
  • Cumhurbaşkanlığı (Prezident)
  • Türkiyə Böyük Millət Məclisi (TBMM)
  • Baş Nazirlik
  • Baş Qərargah İdarəsi
  • Ədliyyə Nazirliyi
  • Milli Müdafiə Nazirliyi
  • Daxili İşlər Nazirliyi
  • Xarici İşlər Nazirliyi
  • Maliyyə Nazirliyi
  • Milli Təhsil Nazirliyi
  • Ekologiya və Şəhər İşləri Nazirliyi
  • Səhiyyə Nazirliyi
  • Çatdırılma, Dənizçilik və Xəbərləşmə Nazirliyi
  • Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi
  • Əmək və Sosial Sığorta Nazirliyi
  • Elm, Sənaye və Texnologiya Nazirliyi
  • Enerji və Təbii Resurslar Nazirliyi
  • Mədəniyyət və Turizm Nazirliyi
  • Meşə və Su İşləri Nazirliyi
  • Ailə və Sosial Siyasət Nazirliyi
  • Avropa Birliyi Nazirliyi
  • İqtisadiyyat Nazirliyi
  • Gənclik və İdman Nazirliyi
  • Gömrük və Ticarət Nazirliyi
  • İnkişaf Nazirliyi

Portalın bələdiyyələr bölməsində 44 bölgədə yerləşən 125 bələdiyyə və 4 yerli xidmət qurumu tərəfindən elektron xidmətlər göstərilir.

Əlaqə və yardım bölməsində isə vətəndaşların xidmətlərdən istifadəsi üçün telefon xidmətləri və s. göstərilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, portaldan eşitmə və danışma qüsuru olan vətəndaşlar Cağrı Mərkəzi vasitəsilə canlı bağlantı quraraq istifadə edə bilərlər. Sistemdən istifadə üçün vətəndaşa kamera, mikrofon və Adobe Flash Player proqramını yükləmək lazımdır. Əlilliyi olan şəxslərə xidmət etmək üçün işarə dilini bilən işçilər görüntülü olaraq əlilliyi olan vətəndaşlara xidmət göstərirlər. Elekron hökumətin aşağıda göstərilən problemləri ilə bağlı 160 nömrəli qaynar xəttinə zəng etmək və ya bilgi@turkiye.gov.tr ünvanına email göndərmək mümkündür:

  • Şifrə, e-imza, mobil imza ilə bağlı
  • Texniki problemlər
  • Açılmayan səhifələr

Dövlət qurumları xidmətləri istifadə eləməklə bağlı Baş Nazirliyin qaynar xətti olan 150 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Saytın aşağıdakı bölməsində ən çox müraciət edilən nazirlik və digər qurumların siyahısı göstərilir.

Türkiyə "Elektron Hökumət" portalında diqqətimizi çəkən məqamlardan biri də orada hər hansı sənədin doğruluğunu sübut edəcək "belge-doğrulama” xidmətinin mövcudluğudur. Sənədin barkodunu və aidiyyatı olduğu şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə xidmət vasitəsilə sənədin doğruluğunu yoxlamaq mümkündür. Qeyd olunan e-xidmət Android, Apple iOS, Windows Phonetipli mobil qurğular tərəfindən xüsusi proqramın köməyi ilə dəstəklənir. Ümumiyyətlə, Türkiyə "Elektorn Hökumət" portalı AndroidApple İOSsistemli smartfonlar tərəfindən dəstəklənir.

Portalda daxili axtarış sistemi fəaliyyət göstərir. Xarici vətəndaşlar üçün ingiliscə "Non-Citizens” adlı bölüm mövcuddur. Burada Elektron Hökumət Qapısı, Ziyarətçilər üçün bələdçi, Biznes bələdçisi, Təhsil bələdçisi və Miqrasiya bələdçisi adlı bölmələr yer almışdır. Sadalanan bölümlərdə aidiyyatı üzrə ingilis dilində də informativ məlumatlar yerləşdirilmişdir.