"Elektron hökumət" portalının tərkib hissəsi olan Dövlət Reyestrlərinin məqsədləri

28.07.15

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilətəsdiq edilmiş "Elektron hökumət” portalı haqqındaƏsasnamə”yə əsasən dövlət informasiya ehtiyatlarının reyestri "Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturununəsas komponentlərindən biri kimi müəyyən edilmişdir. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri "Elektron hökumət” portalının Operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən aparılır.

Dövlət Reyestrlərinin yaradılmasında əsas məqsədlər aşağıdakılardır:

  • dövlətinformasiya ehtiyatlarının uçotunun və monitorinqinin aparılması;
  • dövlətinformasiya ehtiyatlarının, onların təminat və mühafizə vasitələri ilə birlikdə informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi;
  • milliinformasiya fəzasının formalaşdırılması işlərinin, o cümlədən mövcud və yeni yaradılan informasiya ehtiyatları arasında mübadilə və uzlaşdırma mexanizmlərinin tam, aktual və dəqiq məlumatlarla operativ təmin olunması;
  • Reyestrlə informasiya ehtiyatlarının lokal reyestrləri arasında informasiya mübadiləsi, sorğu-arayışların marşrutlandırılması işlərinin təşkilinə dəstək verilməsi;
  • informasiyalaşdırmasahəsində təsnifatların və proqram-texniki həllərin unifikasiya edilməsi;
  • informasiyaehtiyatlarının yaradılmasında pərakəndəlik və təkrarlanmanın qarşısının alınması məqsədi ilə şəffaflığın təmin olunması;
  • dövlətinformasiya ehtiyatlarının yaradılmasının və istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi;
  • informasiyacəmiyyətinə keçid üzrə dövlət proqramlarının və elektron xidmətlərin göstərilməsi üzrə layihələrin həyata keçirilməsinə dəstək verilməsi;
  • fizikivə hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş əqli mülkiyyət hüquqlarının qorunmasına yardım edilməsi;
  • informasiyaehtiyatlarını yaradan və ondan istifadə edən subyektlər arasında təcrübə mübadiləsi üçün şəraitin yaradılması, qabaqcıl texnologiyaların tətbiqinin stimullaşdırılması;
  • dövlətorqanlarının, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərin informasiya ehtiyatları haqqında məlumatlarla təmin olunması, statistik indikatorların müəyyən edilməsi və müvafiq hesabat işlərinin təşkili;
  • vətəndaşlarıninformasiya əldə edilməsi və fərdi məlumatların mühafizəsi sahəsində hüquqlarının təmin olunması.

Reyestrin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən aşağıdakı funksiyalar həyata keçirlir:

  • Reyestrin fəaliyyətinin təşkili;
  • informasiyaehtiyatları barədə və digər xidməti məlumatların Reyestrə daxil edilməsi və təzələnməsi;
  • Reyestrdən çıxarışların verilməsi;
  • Reyestrə daxil edilmiş informasiya ehtiyatları barədə sənədli arxivin aparılması və saxlanılması;
  • Reyestrə barəsində məlumat daxil edilmiş informasiya ehtiyatları haqqında statistik məlumatların və analitik hesabatların hazırlanması;
  • Reyestrin internet portalının yaradılması və aktuallaşdırılması;
  • Reyestrin dayanıqlı işləməsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi.

Qeyd edək ki, Dövlət Reyestrlərinin formalaşdırılmasında və fəaliyyətində aşağıdakı prinsiplər əsas götürülür:

  • mövcudqanunvericiliyin tələblərinə riayət edilməsi;
  • informasiyalaşdırmasahəsində milli maraqların və dövlət siyasətinin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsində iştirak edilməsi;
  • informasiyanınaktuallığının və təhlükəsizliyinin (mühafizəsi, tamlığı, həqiqiliyi və müraciət imkanı) təmin olunması;
  • səlahiyyətvə məsuliyyət bölgüsünün müəyyənləşdirilməsi və icrasının təmin edilməsi.

Reyestrlərin formalaşdırılmasına 2012-ci ilin dekabr ayında başlanılmışdır və keçən dövr ərzində 82 dövlət informasiya ehtiyatı və168 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınmışdır. Hazırda da qurumlarla bu istiqamətdə lazımi işlər aparılır, məlumatlandırma xarakterli tədbirlər həyata keçirilir və qurumlara mülkiyyətlərində olan informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrlərində qeydiyyata alınması barədə rəsmi müraciətlər göndərilir.

Dövlət reyestrindəqeydiyyata alınmış informasiya sistemlərindəfərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, İS-lərinin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılması məqsədilə MHM tərəfindən mütəmadi olaraq yerlərdə monitorinqlər keçirilir. Sonra hesabatlar hazırlanılır, birgə razılaşdırılır və mövcud texniki, proqram və digər çatışmazlıqlar aradan qaldırırılır.

Eyni zamanda MHM tərəfindən müvafiq prinsiplərə riayət edilməklə qurumların informasiya ehtiyatları arasında "Elektron hökumət” portalı üzərindən informasiya mübadiləsi aparılması, informasiyaehtiyatlarının yaradılmasında pərakəndəlik və təkrarlanmanın qarşısının alınması, şəffaflığın təmin edilməsi və ümumiyyətlə, qeyd edilən bütün məqsədlərə çatmaq üçün daima zəruri tədbirlər həyata keçirilir.