Elektron hökumətin dəstəyi olmadan biznes sektorunun dinamik inkişafı qeyri-mümkündür

10.07.15

Azərbaycanda biznes sektoru dinamik inkşaf dövrünü yaşayır və bu sahənin inkişafına ən yüksək səviyyədə xüsusi diqqət yetirilir. Biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayır.

Ötən il martın 3-də sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə ölkə Prezidenti "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdır. Müvafiq fərman hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedurların, tikintiyə icazələrin verilməsi sahəsində prosedurların, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun, idxal-ixrac əməliyyatları zamanı tələb olunan prosedurların, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedurların sadələşdiriliməsi, habelə, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi məsələlərini əhatə edir.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclasında etdiyi çıxışında elektron ticarət və e-hökumətin əhəmiyyətindən danışıb. Sədr öz çıxışında "Bu gün elektron hökumətin inkişafı olmadan biznesə yardım qeyri-mümkündür” fikrini səsələndirib və bununla da e-xidmətlərin əvəzedilməz əhəmiyyətini xüsisilə vurğulayıb. Məruzəçi qeyd edib ki, XXI əsrin əsas inkişaf meyillərindən olan elektron ticarət, onun dövriyyəsi və E-hökumət dövlətlərin əsas inkişaf göstəricilərindən birinə çevrilib. Azərbaycanda e-hökumət çərçivəsində böyük işlərin görülməsi, elektron hökumətin genişlənməsi, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması əhalinin ona olan marağını daha da artırıb. A. Əliyev Dövlət Gömrük Komitəsinin də sözügedən istiqamətdə mühüm addımlar atdığını diqqətə çatdırıb. Belə ki, Dövlət Gömrük Komitəsinin"Elektron Hökumət” portalı vasitəsilə təqdim etdiyi aşağıdakı e-xidmətlər birbaşa biznes sahələri üçün nəzərdə tutulmuşdur:

  • Gömrük ödənişləri
  • Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması
  • Malın adına görə malların təsvirin axtarışı
  • Malın koduna görə malların təsvirin axtarışı
  • Mənim idxal/ixrac əməliyyatlarım
  • Nəqliyyatın idxalı üçün gömrük rüsumların hesablanması

 

Qeyd etmək lazımdır ki, "Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər yeni biznes sahələrinin yaranmasında və inkişafında böyük əhəmiyyətə malikdir. Portalda biznes sahiblərinin ixtiyarına verilən elektron xidmətlərin çeşidi genişdir. Bu baxımdan Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Satınalmalar üzrə Dövlət Agentliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və sair qurumların onlarla xidmətlərini misal göstərmək olar. Açıq Hökumət Məlumatları (data.gov.az) portalının Biznes üçün əhəmiyyətini də xüsusilə vurğulamaq vacibdir. Belə ki, Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan informasiyanı (iqtisadi inkişaf statistikası, hava proqnozu, yağmur xəritəsi, seysmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları, benzindoldurma məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s.) vətəndaşların istifadəsinə təqdim edir və bu məlumatlardan, heç bir patent, ödəniş, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt, istənilən formada yararlana bilərlər.

E-imza sertifikatlarınınrolunu xüsusilə qeyd etmək lazımdır. Çünki istənilən biznesin təşkilində və inkşafında vaxta qənaətlə yanaşı məlumat mübadiləsi zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir.Həmçinin elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi də biznes üçün təhlükəsizlik qədər vacib məsələdir.Bütün bunlarla yanaşı elektron imzanın kağız əməliyyatlarının ləğvi, sənədlərlə iş prosesində şəffaflıq, eyni sənədlə istənilən sayda istifadəçinin işləmə imkanı, hesabatların hazırlanmasında avtomatlaşdırma, idarəetmə effektivliyinin yüksəldilməsi və s. kimi istifadə səmərələri mövcuddur.

"Elektron Hökumət" portalının Operatoru olaraq - RYTN Məlumat Hesablama Mərkəzi istər texniki, istərsə də təklif etdiyi innovativ xidmətlər vasitəsilə biznes sahələrini dəstəkləməyə hər zaman hazırdır. Bu strategiya hazırda bir neçə istiqamətdə reallaşdırılır.

Birinci istiqamət, hazırdaelektron arayışlarilə portal üzərindən 25-ə yaxın bank və lizing şirkətləri ilə əməkdaşlıq edərək vətəndaşlara sadələşdirilmiş xidmət təklif edir. İkinci istiqamət, MHMAçıq Hökumət Məlumatlarıüzrə startup layihələrinin təşkilatçısı və iştirakçısı kimi fəaliyyət göstərir. Üçüncü istiqamət, cari ildə "Elektron Hökumət" infrastrukturu üzrə bir çox sahələrdə, xüsusəndə ali məktəblərdə, kolleclərdə e-hökumət istiqaməti üzrə maarifləndirici tədbirlər həyata keçirilmiş, bank işçilərinə, jurnalistlərə və gələcəyin iş adamları olan tələbələrə ölkədə cərəyan edən elektronlaşma prosesləri və startup layihələr barədə geniş məlumat verilmişdir.