Məlumat Hesablama Mərkəzinin proqramçısı Riqada keçirilən "Ağırlıq qaldırma" üzrə yarışlarda 1-ci yerə layiq görüldü

16.06.15

"Rəqəmsal cəmiyyət" rubrikasının bu dəfəki qonağı "Elektron Hökumət” portalının Operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin VEB Proqramlaşdırma şöbəsinin proqramçısı, Riqada keçirilən "Ağırlıq qaldırma" üzrə yarışlarda 1-ci yerə layiq görülmüş Əliyev Nəsir Qurban oğludur.

- Necə oldu ki idmanı seçdiz, hansı qələbələriniz, mükafatlarınız olub?

İdmanla uşaqlıqdan məşğul oluram. Əvvəlcə cüdo, indi isə ağırlıq qaldırmanın POWERLİFTİNQ növü ilə məşğulam. POWERLİFTİNQ üzrə 2 qat Avropa çempionuyam (2013,2015). Ötən il isə Avropa ikincisi olmuşam. Onu da qeyd edim ki, bu yarışda komanda hesabına görə 2-ci yerə layiq görüldük.

- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə münasibətiniz və oyunlar öncəsi bu son qələbə sizdə necə hisslər oyadır?

I Avropa oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə idmana böyük dəstəkdir. Oyunlar öncəsi qələbə qazanmaq Millimizin baş məşqçisi və şəxsi məşqçim Şəmsi Bayramov və Federasiyamızın prezidenti Ələddin Əliyevin qarşımıza qoyduğu məqsəd idi. Biz sübut etdik ki, nəinki Avropa oyunlarında, eyni zamanada istənilən yarışlarda uğur qazanmağı bacarırıq.


- MHM-də Veb-proqramlaşdırma şöbəsində əsasən hansı işləri görürsüz və bu peşəkar idmanla məşğul olmağınıza mane olmur?

Adı çəkilən şöbədə veb proqramçı olaraq fəaliyyət göstərirəm. Mənə həvalə olunan saytların front-end və back-end proqramlaşdırılması ilə məşğul oluram. İdman heç vaxt mənim digər işlərimə mane olmayıb, çünki bu artıq mənimçün həyat tərzidir.

- Mübarizə aparmaq, qələbə çalmaq, birinci olmaq əzminiz işlərinizə necə təzahür edirmi?

İdmandakı uğurlarım işlərimdə daha yaxşı fəaliyyət göstərməyə motivasiya yaradır.


Bir daha təbrik edirik Nəsir.

Uğurlarınızın davamını gözləyirik !!!