Telefon nömrələrinin (Sim kartların) satış qaydalarında dəyişiklik edildi

8.06.15

Azərbaycanda rabitə vasitələrinin satışı və istifadəsi yeni qayda və şərtlər əsasında həyata keçiriləcək

Nazirlər Kabineti "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarına dəyişikliklər edib.Yeni qərarda bir sıra dəyişikliklər və yeniliklər nəzərdə tutulub. Qərarın icrasına nəzarət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub. Qərar aşağıdakıları nəzərdə tutur :

1. "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №7, maddə 665, №12, maddə 1226; 2014, №6, maddə 747) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına və 2-ci hissəsinə "Rabitə müəssisələri (operatorlar)” sözlərindən sonra ", həmçinin onların diler və distribüterləri” sözləri əlavə edilsin;

1.2. preambulada "Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun 31-1-ci” sözləri "Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 2.1-ci hissə əlavə edilsin:

"2.1. Telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər”ə uyğun olaraq operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində təmin olunsun.”;

1.4. 3-cü hissəsində "abonentin” sözü "abunəçinin” sözü ilə əvəz edilsin;

1.5. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

"4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin etsin.”;

1.6. aşağıdakı məzmunda 5-ci və 6-cı hissələr əlavə edilsin:

"5. Rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin bu qərara uyğunlaşdırılmasını 3 (üç) ay müddətində tam başa çatdırsınlar və bu müddətdən sonra telefon nömrələrinin (sabit, mobil) satışını yalnız bu qərara uyğun həyata keçirsinlər;

6. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu qərarın icrasını nəzarətdə saxlasın.”;

1.7. həmin qərarla təsdiq edilmiş "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Rabitəmüəssisələri (operatorlar)tərəfindən rabitəvasitələrinin satışıvəistifadəsi zamanıtələb olunan

ŞƏRTLƏR

1. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən rabitə müəssisələri (operatorlar) (bundan sonra - rabitə müəssisələri), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı aşağıdakı şərtlər təmin edilir:

1.1. fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında bu şərtlərin əlavəsində göstərilən məlumatların əks olunması;

1.2. fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi istifadəüçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyəverilməsinə qadağa qoyulmasınınəks olunması;

1.3. fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilədə abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumlarının məlumatlandırılması haqqında müvafiq qeydin olması;

1.4. fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilənin Azərbaycan Respublikasının dövlət dilində olması və həmin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surətinin əlavə olunması;

1.5. mobil operatorların şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasının təmin edilməsi.

"Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər”ə əlavələr - "Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan Məlumatlar”ı da təsdiqlənib.

 

Sıra

№-si

Məlumatın növü

Vacib olan məlumatların qeydi

müqavilədə

abunəçilərə dair məlumat bazalarında

1

2

3

4

1.

Telefon nömrəsi

2.

Abunəçinin Sim kartının nömrəsi

3.

Abunəçinin identifıkasiya modulunun parametrləri (İMSİ və s.)

 

-

4.

Mobil telefonun beynəlxalq identifıkasiya nömrəsi (İMEİ)

 

-

5.

Telefon nömrəsinin aktivləşdirmə tarixi (nömrənin satışı və məlumat bazasının doldurulması vaxtı)

6.

Abunəçi haqqında məlumatlar:

6.1.

abunəçi fiziki şəxs olduqda

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və yaümumvətəndaş pasportu, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və əcnəbinin sənədi, əcnəbi vətəndaşın pasportu əsasında abunəçinin (istifadəçinin, məsul şəxsin) soyadı, adı və atasının adı

1

2

3

4

6.1.1.

abunəçinin sənədinin adı və nömrəsi

6.1.2.

abunəçinin (Azərbaycan vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və əcnəbinin) fərdi identifikasiya nömrəsi (FİN)

6.1.3.

abunəçinin sənədinin verilmə tarixi

6.1.4.

abunəçinin vətəndaşı olduğu ölkə

6.1.5.

abunəçinin doğulduğu yer

6.1.6.

abunəçinin doğulduğu tarix

6.1.7.

abunəçinin yaşadığı ölkə

6.1.8.

abunəçinin yaşadığı şəhər və ya respublikanın rayonu

6.1.9.

abunəçinin yaşadığı şəhərin rayonu

6.1.10.

abunəçinin yaşadığı qəsəbə və ya kənd

6.1.11.

abunəçinin yaşadığı ünvanın poçt indeksi

6.1.12.

abunəçinin yaşadığı küçə

6.1.13.

abunəçinin yaşadığı kvartal

6.1.14.

abunəçinin yaşadığı ev

6.1.15.

abunəçinin yaşadığı mənzil

6.2.

Abunəçi hüquqi şəxs olduqda adı

6.2.1.

hüquqi şəxsin qeydiyyatdan keçdiyi ölkə

6.2.2.

hüquqişəxsinünvanı

6.2.3.

hüquqişəxsin VÖEN-i

6.2.4.

hüquqi şəxsin bank rekvizitləri (bankın adı, hesablaşma hesabının nömrəsi)

6.2.5.

hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı

1

2

3

4

6.2.6.

hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin sənədinin nömrəsi

7.

Abunəçinin əlaqə telefonu

(o cümlədən mobil)

8.

Abunəçinin electron poçt ünvanı (əgər varsa)

9.

Dilerin adı və ünvanı

10.

Dilerin kodu

-

11.

Distribüterin adı və ünvanı

12.

Distribüterin kodu

-

13.

Müqaviləni qəbul edən şəxsin soyadı, adı, atasının adı və telefon nömrəsi

14.

Müqaviləni qəbul edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi

-


 

Məlumatlar bütün rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləritərəfindən Azərbaycan dilində "UNİCOD”la yazılmalı və təqdim edilməlidir.