Tallində "e-İdarəçilik" üzrə beynəlxalq konfrans öz işini davam etdirir

13.05.15

11-13 may tarixlərində nəzərdə tutulmuş "e-İdarəçilik" üzrə beynəlxalq konfrans hazırda öz işini davam etdirir. Elektron hökumət quruculuğuna həsr olunan konfransda elektron idarəetmə sahəsi üzrə dünyanın aparıcı ekspertləri, hökumət, biznes, akademiya nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti qrupları iştirak edirlər.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə çıxış edərək konfrans iştirakçılarına Azərbaycanda Elektron İdarəçilik üzrə görülən işlər, əldə olunan real nəticələr barədə ətraflı məlumat verib.

"Elektron Hökumət" portalının operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov yarandığı gündən bu günədək portalın keçdiyi inkişaf mərhələləri üzrə ətraflı məlumat vermiş, bir sıra statistik göstəriciləri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.

Qeyd edək ki, nazir müavini E.Vəlizadənin bu gün konfransın bağlanış mərasimində çıxışı planlaşdırılır.