"Elektron Hökumət" portalının operatoru tərəfindən növbəti xeyriyyəçilik aksiyası keçirildi

16.04.15

Bu gün"Elektron Hökumət" portalının operatoru -Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin Məlumat Hesablama Mərkəzində qan vermə aksiyası keçirildi.MHM-in işçiləri böyük həvəslə və könüllü olaraq, qana ehtiyacı olan leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə təşkil edilmiş bu aksiyaya qoşuldular. Aksiyanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşları da öz təşəbbüsləri ilə iştirak etdilər.


Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığını müəyyən etmək üçün öncədən müayinə edildi. Yalnız bundan sonra həkimlər sağlamlığı imkan verən donorlardan qan götürməyə başladılar.

Sözü gedən xeyriyyə aksiyasının keçirilməsində məqsəd leykemiyalı uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Məlumat Hesablama Mərkəzi tərəfindən belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.