Vətəndaşlarımız "Elektron Hökumət" portalı üzərindən daha 4 elektron arayışı əldə edə biləcəklər

15.04.15




Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verildi. İstifadəçilər tərəfindən səbirsizlilə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:
  • Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
  • Yaşayış yeri haqqında arayış
  • FİN-ə görə fərdi məlumatların axtarışı
  • Diplom haqqında məlumatlar
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.
Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür .

FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:
  • Soyad, ad, ata adı
  • FİN
  • ŞV verilmə tarixi
  • Etibarlılıq tarixi
  • Verən orqanın adı
  • Vətəndaşlıq
  • Yaşayış ünvanı
  • Doğum yeri
  • Doğum tarixi
  • Boy
  • Qan qrupu
  • Ailə vəziyyəti
  • Hərbi vəzifə
  • Cins
  • Göz rəngi
Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:
  •  Qəbul olduğu təhsil müəssisəsinin adı
  •  Qəbul olduğu ixtisas
  •  Yerdəyişmə üzrə məlumatlar
  •  Bitirdiyi Təhsil müəssisəsinin adı
  •  Bitirdiyi ixtisas
  •  Fakultə
  •  Təhsil pilləsi
  •  Təhsil forması
  •  Təlim dili
  •  TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
  •  Təhsil müəssisəsinə daxil olduğu il
  •  Təhsil müəssisəsini bitirdiyi il
  •  Diplomun seriya və nömrəsi
  •  Diplomun növü

E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.
Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.
Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.