Azərbaycanda abituriyentlərə də elektron imza verilə bilər

26.01.13

Bu il ərzində Azərbaycanda fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının elektron hökumət portalına qoşulacağı gözlənilir. Bu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. E.Vəlizadə bildirib ki, onlar portala qoşulandan sona əhali icra hakimiyyəti orqanlarının göstərəcək elektron xidmətlərdən istifadə edə biləcək.
 
 Müvafiq qərar qəbul olandan sonra icra hakimiyyəti orqanları portala qoşulacaq. Nazir müavini onu da bildirib ki, hazırda elektron imzanın abituriyentlərə də verilməsi məsələsinə baxılır. Onlara sadələşdirilmiş, yəni 3 illik deyil, bir neçə dəfəlik e-imza sertifikatlarının verilməsi gözlənilir. E.Vəlizadə onu da əlavə edib ki, hazırda ölkədə 6 min elektron imza sertifikatı verilib. Onların 50%-i dövlət qurumlarında çalışanlara, 50%-i isə əhaliyə verilib. Elektron hökumət portalına gəldikdə isə nazir müavini qeyd edib ki, təkcə bu ilin yanvar ayında portala 18 362 nəfər daxil olub.