Məlumat Hesablama Mərkəzi tərəfindən 6 mindən çox e-imza verilib - Elmir Vəlizadə

24.01.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi tərəfindən 6 mindən çox e-imza verilib. Bunu rabitə və informasiya texnalogiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. O deyib ki, bunların yarısı dövlət qrumları, digəri isə vətəndaşlara verilib. Bu da müsbət haldır ki, vətəndaşlar e-imzanı maraqla qarşılayırlar. Onlar e-imzanın imkanlarından yararlanmaq, həm dövlət orqanlarına müraciətlərdə sənədləri imzalamaqla biləvasitə onlara müraciət etmək, həm də e-hökumət portalı vasitəsi ilə oradakı xidmətlərdən istifadə etmək üçün e-imzaları alırlar. Nazir müavini vətəndaşlara müraciət edib ki, onlar e-imzalardan daha fəal yararlansınlar.