Artıq ölkəmizdə lizing şirkətləri də "Elektron arayış"-dan istifadə edəcək

1.04.15

"Elektron Hökumət" portalı üzərindən verilən elektron arayışların istifadə çərçivəsi gündən-günə genişlənməkdədir. Portal üzərindən təqdim olunan arayışlar vasitəsilə artıq bir çox kredit təşkilatı öz müəssisədaxili əməliyyatlarını rahat və əlverişli şəkildə idarə edir.

Bu gündən etibarən ölkəmizdə lizing şirkətləri də elektron arayışlardan faydalanmağa başladı. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MəlumatHesablama Mərkəzi və "Azərbaycan Lizinq Şirkəti" MMC arasında bağlanılmış müqaviləyə əsasən "ANSAR LEASİNG”öz fəaliyyətində elektron arayışlardan istifadə edəcəkdir.

Nəzərinizə çatdırırıq ki, elektron arayış vətəndaş tərəfindən "Elektron Hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir.

Elektron arayışlar,

·Mümkünlük - Vətəndaş elektron arayışı sutkanın istənilən vaxtı əldə edə bilər;

·Vaxta qənaət. Operativlik -Arayışı əldə etmək üçün bir neçə təşkilata müraciət etməyə ehtiyac qalmır. Arayış portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir;

·Şəffaflıq- Vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi;

·Məlumatların dəqiqliyi -Arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşır;

kimi üstünlüklərinə görə vətəndaşlar tərəfindən ən çox istifadə olunan e-xidmətlərdəndir.