Azərbaycanda ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki hazırlıq işlərinə başlanılmışdır

24.02.15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanın icrası məsələləri ilə əlaqədar mətbuat konfransı keçirilib. Konfransda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Elektron Hökumət" portalının operatoru - Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və "Azərpoçt" MMC-nin baş direktorunun müavini Sübhan Kazımov iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Fərman üzrə mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılmaqla, bu yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastrukturun hazırlanması təmin ediləcək. Dövlət başçısının son bir ildə əmək və əhalinin sosial müdafiəsi sahəsi ilə əlaqədar 10-dan artıq fərman və sərəncam imzaladığını vurğulayan nazir bu sənədlərin sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyəti şəkildə artırılmasını təmin etməklə bərabər, bu sahədə mütərəqqi islahatlara şərait yaratdığını da diqqətə çatdırıb. Nazir Cənab Prezidentin 23 fevral 2015-ci il tarixli Fərmanı da milli sosial təminat sisteminin innovativ texnologiyaların tətbiqi əsasında müasir dünya təcrübəsinə uyğun şəkildə təkmilləşdirilməsinə, vətəndaşların sosial təminat növləri, o cümlədən ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin olunmasına xidmət etdiyini bildirib.

E.Vəlizadə son vaxtlarda ƏƏSMN tərəfindən elektron xidmətlərin genişləndirilməsi üçün görülən və bununla da respublikamızda "Elektron hökumət"in inkişafına xidmət edən uğurlu işləri yüksək dəyərləndirib, ünvanlı sosial yardımların təyinatı prosesinin avtomatlaşdırılmasının da ölkəmizdə "Elektron hökumət"in daha geniş əhatə dairəsinə malik olması, innovativ texnologiyaların genişlənməsi istiqamətində mühüm addımlardan biri olduğunu bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanında müəyyən olunan tapşırıqların uğurla icra olunması üçün Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən müvafiq işlərin aparılacağını qeyd edib, mövcud İKT potensialının ölkəmiz üçün dəyərli olan bu yeni sistemin tətbiqinə lazımi səviyyədə imkan yaratdığını nəzərə çatdırıb.
N.Mərdanov dövlət qurumlarının "Elektron hökumət” portalına qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında ünvanlı sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarının yerləşdirilməsi üçün müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb. O, bildirib ki, eyni zamanda ƏƏSMN-nin "Elektron hökumət” portalı vasitəsilə həmin informasiya resurslarına çıxışı üçün nazirliyə lazımi texniki imkanlar yaradılacaq.
S.Kazımov yerli poçt şöbələrində vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə bilmələri üçün infoköşklərin quraşdırılması, onların pulsuz e-imzalarla təmin olunması və digər istiqamətlərdə görüləcək işlər barədə məlumat verib.
Konfrans KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.