Mətbuat nümayəndələrinin nəzərinə!

2.02.15

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur. Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır.

Nəzərinizə çatdırmaq istəyirik ki, cari ilin fevral ayından etibarən hər ayın ilk 10 günündə "Elektron Hökumət" bülleteni üzrə brifinq keçiriləcək. Məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Brifinq Məlumat Hesablama Mərkəzində keçiriləcək.

Ünvan:Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Daha ətraflı məlumat almaq üçün press@rabita.az e-poçt ünvanına müraciət edə bilərsiniz.