Növbəti təşkilat elektron arayışlardan istifadəyə başladı

27.01.15

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və BOKT "İnkişaf üçün Maliyyə” MMC-lə arasında bağlanılan müqaviləyə əsasən, kredit təşkilatı artıq "Elektron Hökumət" portalı üzərindən elektron arayışların verilməsinə start verir.

Hal-hazırda BOKT "İnkişaf üçün Maliyyə” MMC –nin bütün filiallarında (8 regionu əhatə edən 10 filial) vətəndaşlar tərəfindən operativ elektron arayışı əldə etmək üçün zəruri texniki-texnoloji tədbirlər həyata keçirilib. İstifadəçilər istənilən yerdən, o cümlədən filiallarda quraşdırılan xüsusi terminallar (avadanlıqlar) vasitəsilə elektron hökümət portalına daxil olaraq elektron şəkildə iş yerindən və digər arayışları onlayn formalaşdıraraq kredit üçün müraciət edə bilərlər.

Elektron arayış vətəndaş tərəfindən "Elektron hökümət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir. Elektron arayış aşağıdakı üstünlüklərə malikdir:

  • İş vaxtına bağlılığın olmaması.Elektron arayışı sutkanın istənilən vaxtı əldə etmək mümükündür;
  • Vaxta qənaət. Operativlik.Arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyac qalmır. Arayış Portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir;
  • Şəffaflıq.Vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi;
  • Məlumatların dəqiqliyi.Arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşır;

Hal-hazırda, portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif istiqamətlər (ehtiyaclar) üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.