Bu gün Bakı Ekspo Mərkəzində "EGOV 3.0: İnkişaf Meyilləri və Yeni İmkanlar" mövzusunda Beynəlxalq Forum öz işinə başlamışdır

3.12.14

3 dekabr 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramı və Microsoft korporasiyasının dəstəyi ilə Bakı Ekspo Mərkəzində"EGOV 3.0: İnkişaf Meyilləri və Yeni İmkanlar” mövzusunda Beynəlxalq Forum öz işinə başlamışdır.

Tədbirin əsas məqsədi "Elektron hökumət”, "Elektron idarəçilik” sahəsi üzrə təcrübə və fikir mübadiləsinin aparılması, innovativ yanaşmaların və qarşıya çıxan problemlərin praktiki həlli yollarının araşdırılması, gələcək inkişaf meyillərinin müzakirəsi və bu sahədə beynəlxalq təcrübədən faydalanmaqdan ibarətdir.

Qeyd edək ki, "Elektron hökumət" quruculuğunun bu mərhələsini "Açıq Hökumət Məlumatları" başlığı altında ifadə etmək mümkündür. Bu mərhələ "Elektron Hökumət" quruculuğu üzrə beynəlxalq İKT sahələrinin praktikadan keçirdiyi yeni mərhələdir və "Hökumət Məlumatlarının" açıq şəkildə istifadəyə verilmə mərhələsidir. Bu mərhələ "OPEN GOVERNMENT DATA"-"AÇIQ HÖKUMƏT MƏLUMATLARI" kimi tanınır.