Azərbaycanda elektron-rəqəmsal imzanın verilməsi üzrə yeni mərkəz açılacaq

24.01.13

Azərbaycanda mobil qurğular vasitəsilə elektron-rəqəmsal imzaların verilməsi üzrə yeni sertifikasiya mərkəzi aprelin 1-dən işə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov deyib. Onun sözlərinə görə, mərkəz elektron-rəqəmsal imzaların verilməsi ilə məşğul olacaq sayca 4-cü mərkəz olacaq. Hazırda 6 mindən çox rəqəmsal imza verilib, bunlardan yarısı dövlət qulluqçuları tərəfindən alınıb.