"İnformasiya və Kommunikasiya Texnologiyalarının Müasir Vəziyyəti və İnkişafi Perspektivləri" adlı Beynəlxalq Elmi-Texniki Konfrans öz işini başa vurdu

30.10.14

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin təşkil etdiyi "İnformasiya və Kommunikasiya Texnologiyalarının Müasir Vəziyyəti və İnkişafi Perspektivləri” adlı Beynəlxalq Elmi-Texniki Konfrans 27 oktyabr tarixdə öz işinə başladı.

Konfransının ikinci günündə informasiya-kommunikasiya texnologoyaları üzrə innovativ metodlardan, çözümlərdən bəhs edildi. Müasir informasiya sistemlərində informasiya təhlükəsizliyinin perspektivləri, eləcə də kibertəhlükələr və onların qarşısının alınması üçün müasir üsullar haqqında biliklər bazasının yaradılması, təhlükəsizlik əməliyyat mərkəzinin infrastrukturunun yaradılmasının prinsipləri şərh edildi.

"Elektron Hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzinin nümayəndəsi prezentasiya üzrə çıxış edərək, "Azərbaycan vətəndaşları üçün elektron cəmiyyətin bu günü və sabahı” başlığı altında "Elektron Hökumət" layihəsi üzrə, o cümlədən "Elektron Hökumət" portalının yaradılma tarixi, əhəmiyyəti, gələcək perspektivləri və yeni layihələr haqda ətraflı məlumat verdi. Həmçinin, portalın vətəndaşlar üçün nəzərdə tutulan yenilikləri, portaldan istifadə statistikası barədə məruzə edildi. Portalının nümayəndəsi təlim iştirakçılarına e-imza, dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri barədə ətraflı məlumat verərək, ünvanlanan sualları cavablandırdı. Tədbir sual-cavab, diskusiya şəklində davam etdirildi.

Bu cür tədbirlərin təşkili müxtəlif informasiya-texnologiya strukturlarının gördüyü işlərin işıqlandırılması və maarifləndirmə baxımından böyük əhəmiyyətə malikdir. Hesab edirik ki, belə tədbirlər informasiya texnologiyaları üzrə gələcək innovasiyalara stimul verəcəkdir.