AccessBank da portalın təqdim etdiyi elektron arayış əsasında vətəndaşlara kredit verəcək

28.10.14

"Elektron Hökümət” portalının təqdim etdiyi e-xidmətlərdən "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti əhalinin ən çox marağını cəkən xidmətlərdən biridir.

Artıq AccessBank da kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlamışdır. "Elektron Hökümət” portalının Operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və AccessBank arasında müqavilə imzalanıb və müqavilə şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır.

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədi ilə yaradılmışdır. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edəcək. Xidmətdən istifadə etmək üçün vətəndaş "Elektron Hökumət” portalında autentifikasiyadan keçməlidir. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.

Hal hazırda bu elektron xidmətə daxil olunan zaman 7 dövlət qurumu tərəfindən vətəndaş haqqında məlumatlar təqdim olunur. Gələcəkdə isə daha cox qurumların məlumatları təqdim etməsı nəzərdə tutulub.

Elektron arayış sisteminin istifadə edərək vətəndaşlar bir sıra üstünlüklər əldə etmiş olacaq:

-Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;

-Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;

-Bürokratik proseslər ləğv edilməsi;

-İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;

-Çalışdığı müəssə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.

Xidmət "Elektron hökumət” portalında 17.06.2014-cü il tarixdən istifadəçilərə təqdim edilib və keçən müddət ərzində bir neçə bank bu xidmətə qoşulub. Gələcəkdə digər bankların da elektron arayışın verilməsi xidmətinə qoşulması gözlənilir.