Təxminən bir aya mobil elektron imza tətbiq olunacaq

24.01.13

Bir ay ərzində mobil elektron imzadan istifadə etmək mümkün olacaq.Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, hazırda e imzanın mobil qurğularda tətbiqi üçün hazırlıq işləri aparılır. "Elektron imzaların sertifikasiyası yaradılarkən təhlükəsizlik təmin edilməlidir”.
 
Mobil qurğularda da təhlükəsizliyin qorunması üçün işlər görülür. Mobil e imza istifadəyə verildikdən sonra vətəndaşlar həm kompyuterlər, həm də mobil telefonlarla elektron hökumət portalına müraciət edərək xidmətlərdən bəhrələnəcəklər”. Bununla bağlı mobil autentifikasiya sisteminin təqdimatı keçirilib.
 
Elmir Vəlizadə bildirib ki, e hökumət həllərdə, o cümlədən elektron hökumət portalında elektron imzadan istifadə üçün mobil qurğulardan da istifadə olunacaq. Bunun üçün birinci mərhələdə mobil autentifikasiya, ikinci mərhələdə isə miobil elektron imza sistemi yaradılacaq. "Yaradılmış sistem istifadəçilərə iki faktorlu autentifikasiya sxemindən istifadə edərək. İnternet vasitəsilə smartfonlar, tablet, kompyuter kimi mobil cihazlarda xüsusi proqram vasitəsinin quraşdırılmasını, onunla rəqəmli sertifikatların yaradılmasını və sonra portala daxil olmağı təmin edir.