"Mənim Elektron Hökumətim" yazı müsabiqəsi

30.09.14

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və video süjet müsabiqəsi elan edir.

"Mənim Elektron Hökumətim" adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuşmüsabiqənin elan edilməsi üçün BMM-də təqdimat keçiriləcək. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar nazirliyinin səlahiyyətli nümayəndələri, jurnalistlər, ictimai xadimlər iştirak edəcək.

 

Müsabiqənin məqsədi və vəzifələri:

- Dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətləri geniş kütləyə çatdırmaq;

- Elektron Hökumət Portalının (e-gov.az) populyarlığını artırmaq;

- Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq;

- Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmamazlıqları araşdırmaq;

 Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:

- Elektron Hökumət nədir?

- Elektron Hökumət portalına nə üçün ehtiyacımız var?

- Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir?

- Elektron Hökumətin cəmiyyətimiz üçün faydaları

Müsabiqənin tələbləri və mükafat fondu yaxın günlərdə içtimayyətə açıqlanacaq.

Müsabiqə barədə əlavə məlumatları Elektron Hökumət portalından (www.e-gov.az), eləcədə RYTN-nin Mətbuat xidmətindən əldə etmək olar.