Fərdi məlumatlar üzrə elektron arayışın vətəndaş və təşkilatlara verdiyi üstünlüklər

26.09.14

"Elektron Hökumət” portalının təqdim etdiyi yeni "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan dövlət və özəl qurumlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi prosesini sadələşdirmək məqsədi üçün nəzərdə tuitulmuşdur. Vətəndaş portala daxil olub, onlayn rejimdə bu xidmətdən istifadə edərək özünə aid fərdi məlumatlar barədə elektron arayışı istədiyi dövlət və ya özəl təşkilatlara göndərmək imkanını əldə etmiş olur. Bu xidmətdən istifadə etmək üçün vətəndaş "Elektron Hökumət” portalında autentifikasiyadan keçməlidir. İstifadəçi öz seçiminə uyğun autentifikasiya vasitəsindən kecdikdən sonra xidmətdən yararlana bilər və bu zaman portal artıq öz istifadəçisini identifikasiya etdiyi üçün elektron xidmətdən istifadə zamanı vətəndaşın fərdi məlumatları elektron xidmətdə öz əksini tapacaq. İistiafdəçi elektron arayışını təşkilata göndərdikdən sonra mütəxəssislər vətəndaşla əlaqə saxlayaraq elektron arayışın icra statusu haqqında məlumat verəcəklər.

Hazırda "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətində 7 dövlət qurumu tərəfindən vətəndaş haqqında məlumatlar təqdim olunur:

- Daxili İşlər Nazirliyi;

- Prezident yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiya;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

- Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

- Dövlət Sosial Müdafiə Fondu.

- Təhsil Nazirliyi

- Səhiyyə Nazirliyi

Gələcəkdə daha cox qurumların vətəndaş haqqında məlumat təqdim etməsı nəzərdə tutulub.

Elektron arayış sisteminin vətəndaşlar üçün bir sira üstünlükləri var:

-Vətəndaşın sutkanın 24 saatı ərzində, istədiyi vaxtda təşkilata onlayn müraciətin göndərə bilməsi imkanı;

-Vətəndaş üçün vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi;

-Bürokratik proseslərin aradan qaldırılması;

-İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması.

Eyni zamanda bu xidmətin tətbiqindən istifadə edən təşkilatlar da aşağıdakı üstünlükləri əldə etmiş olurlar:

-Vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi;

-Vətəndaşın fərdi məlumatlarının dəqiq göstərilməsinə əminliyin olması;

-Elektron arayış sistemi vasitəsi ilə təşkilata saxta arayışın təqdim edilməsinin tam aradan qaldırılması;

-Vətəndaşlar tərəfindən şişirdilmiş əmək haqqlarının göstərilməsinin qarşısının alınması;

-Əlavə olaraq vətəndaşın iş stajı, iş yeri, vəzifəsi ilə bağlı məlumatlar əldə etmək imkanının yaradılması.