Məlumat Hesablama Mərkəzinin təqdim etdiyi elektron imza kartlarının Hüquqi şəxslərə verdiyi imkanlar

22.09.14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifikat Xidmətləri Mərkəzi (SXM) tərəfindən verilən elektron imza kartlarını alan Hüquqi şəxslər praktik olaraq bir sıra imkanlar əldə etmiş olacaqlar. Həmin imkanlardan bəzilərini aşağıda göstəririk:

 - İstənilən dövlət qurumuna elektron müraciət edən zaman elektron imza və elektron sənəd haqqında qanuna əsaslanaraq elektron imza ilə imzalanmış sənədi göndərmək imkanı;

 - Vergi hesab fakturalarının və bəyannamələrin göndərilməsi;

 - İdxal-ixrac əməliyyatlarında gömrük hesabatlarının verilməsi;

 - Dövlət Sosial Müdafiə Fondu üzrə məlumatların əldə edilməsi və müraciətlərin göndərilməsi;

 - Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xidmətlərinə əsasən kadrlar işinin təşkili, həmçinin əmək müqaviləsi bildirişlərinin informasiya sisteminə daxil edilməsi;

 - "Elktron Hökumət” Portalında yerləşdirilmiş e-xidmətlərdən istifadə imkanı və portal üzərində icra olunan əməliyalar üzrə təhlükəsizliyin təmin olunması;

 - Vaxta qənaət;

 - Sənəd dövriyyəsi zamanı süni əngəllərin, gecikmələrin, insan faktorunun minimuma endirilməsi;

 - Müxtəlif əməliyyat sistemlərində sənədlərin icrasının sürətli təşkili və rahatlığın təmin edilməsi.Hüquqi şəxslər SXM tərəfindən təqdim edilən elektron imza sertifikatları vasitəsilə Elektron Hökumət portalında ( www.e-gov.az ) autentifikasiyadan keçərək portalda təqdim olunan "Sahibkarlar” bölməsinə daxil olub müxtəlif sayda dövlət qurumlarının elektron xidmətlərindən yararlana bilərlər.

Hüquqi şəxslər üçün elektron imsa kartının qiyməti 72 manatdır və Hüquqi şəxslər elektron imza sertifikatlarının sifarişi üçün Qeydiyat məntəqələrinə və ya www.e-imza.az saytına daxil olaraq onlayn şəkildə öz müraciətlərini göndərə bilərlər.

Qeyd edək ki, elektron imza kartını hüquqi şəxs 3 il müddətində istifadə edə bilər. Bu müddət ərzində elekton imza kartı ilə hər hansı problem yaranarsa, istifadəçi "157” zəng mərkəzinə müraciət edə bilər.